Qəlbimdə yer etmiş tək onun adı
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 02:06 23 iyul 2017 tarixində əlavə olunmuşdur

Qəlbimdə yer etmiş tək onun adı,
Dodağımda xatirə dodaqnın dadı,
Heyif ki səadət yaman qısadı
Bezmişəm yaramaz hicran əlindən.

Nəfəsim hələ də nəfəsindədi,
Ürəyim ürəynin qəfəsindədi,
O isə macəra həvəsindədi
Tanrım qurtar məni bu zülm əlindən.

Kömürdən gözləri yandırıb-yaxıb,
Qəlbimə açılmaz qıfıllar taxıb,
Bəs niyə hüsnünə yad gözlər baxıb?
Yanıram közərən eşgin külündən.

Özümü vuraraq hər dağa daşa,
Atəşi gur etdim əlimdə maşa,
Qurunun yanında od düşdü yaşa
Qurtuluş olmayır təkcə dilindən.

30.03.2016

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+22=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0216 saniye