Qəlbimin dərinliklərində...
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 09:32 08 oktyabr 2014 tarixində əlavə olunmuşdur

İş gününün yekunlaşmasına baxmayaraq o, hələ də kabinetindən çıxmamışdı. Hər kəsin şirkət binasından çıxışını izləyib əllərini cibinə salaraq gözlərini bərk yumdu, dərindən nəfəsini dərib başını yırğaladı. Ağır-ağır addımlarla stoluna yaxınlaşıb dayandı. Gözlərini kağız-kuğuzlarda gəzdirib çərçivəni əlinə aldı. Stola söykənib ailə tablosuna tamaşa etdi. Həyat yoldaşı və 3 oğlu. Gülümsədi. Çərçivəni stola  qaytarıb əllərinin içinə baxdı. Əynindəki ağappaq köynəyin qolları dirsəklərinə qədər qatlandığın üçün ona xarizmatik görünüş verirdi. Saçlarına təzəcə düşməyə başlayan ağların sayının azlığı onun cazibəsini heç də pozmurdu. Qalstuk taxmağı sevməzdi.

Stoldan aralanıb kabinetində zəhmli addımlarla gəzməyə başladı. Arabir dayanıb əllərini cibindən çıxardaraq boynunu ovxalayır, gözlərini yumur, ağır-ağır nəfəsini alıb-verirdi.

Stol arxasına keçid edərək siyirtməni çəkdi. Əlini uzadıb ordan məktub çıxatdı. Bir xeyli tamaşa etdi. Hisslərinə ad tapa bilmirdi.

"Əzizim! Yəqin ki, sənə belə müraciət etdiyim etdiyim üçün mənə əsəbiləşəcəksən. Amma neyləyim?! Məndən asılı deyil ki?! Aramızda vur-tut 10 yaş fərqi, sənin evli və müdirim olmağın mənə qadağa tanıtdırmır. Yadımdadır, ilk dəfə buraya ayaq basanda liftdə qarşılaşmışdıq. Sən və mən. Tanımırdım səni, kim olduğun haqda bircə qram da olsun fikrim yox idi. Və birdən lift "stop" elədi. Mənim panikama gülümsəyirdin. Mənsə özümü saxlaya bilməyərək göz yaşlarım içində səni acıladım. Sən cavab qaytarmadan izləyirdin məni. Sakitləşdirici sözlər tapırdın mənim üçün. Yarım saat. Sonra lift işə başladı...

Səni müdirin kimi qarşımda görərkən az qala özümü itirmişdim. Sənsə o məşhuri-cahan gülümsəmə ilə məni rahatlaşdırıb əyləşdirdin. İşə qəbul edərək əlimi sıxdın.

Sənə qarşı duyğularım necə başlandı, bilmirəm düzü.Məftunedici təbəssümə vurulmuşdum, yoxsa ala gözlərinə? Mehriban rəftarına, yoxsa gözəl danışığına? Zənnimcə hamısına! Özümü necə tutub saxlayırdım İlahi?! Hər dəfə sənin qarşına keçib məni incidən eşqimi sənə bəyan etmək istəyirdim. Amma hər dəfəsində məni qırırdın. Sinəmə sıxdığım qovluğa işarə edərək ancaq iş haqqında danışırdın mənimlə, vəssəlam.

Hər gecə yastığım göz yaşlarıma qərq olurdu. Atam uşaqkən dünyasını dəyişdiyindən anam məni min bir əzab-əziyyətlə böyüdüb boya-başa çatdırmışdı. Anam haqqında nələr eşitmirdi qulaqlarım?! Heç bir günah sahibi olmadığından ona "əxlaqsız" gözü ilə baxmaqlarını heç vecinə aldırmadan ömrünü mənə həsr edən anam. Mənim uğurlarımın ən böyük dəstəkçisi anam. Gözəl, mehriban anam. 1-2 dəfə məni yaxalamışdı. Mənsə yalan dedim ona. Guya ki, atamı xatırlayıram. Məni sinəsinə sıxıb əllərini saçlarımda gəzdirərək sakitləşdirirdi. Əslində sən idin günahkar. Günahkar! Mənim yuxusuz gecələrimin ən böyük baiskarı. Axı niyə? Ni-yə? Niyə evlisən? 10 yaş fərqini tullayıram bir tərəfə. Amma sənin evliliyin... Axı necə izah edim sənə?...Məni öldürürdün. Mənə işçi kimi baxmaqdan başqa günahın yox idi. Sənin haqqında ancaq xoş, müsbət rəylər eşitmişəm...

Bir gecə yatmayıb sənə zəng vurdum. Səsini eşitcək lal olub qaldım. Hər nə qədər "mən"dən kim olduğumu soruşsan da, kilidlənmiş dilimini aça bilmirdim. Yanaqlarım boyunca cığır açan göz yaşlarım yavaş tempdə axmasında idi. Axırda əsəbiləşib dəstəyi çırpdın...

2 il. Başa düşürsən? 2 il!!!

Sənə görə damarlarımı doğramaq da keçib içimdən. Ülgücü yaxınlaşdırıb acılara son vermək istəyirdimsə, son anda bütün cəsarətim qırılıb ayaqlar altına düşürdü...Elçiləri naümid qaytarırdım...Heç bir əks-cinslə ünsiyyyət qurmaq istəmirdim...Sənə xəyanət etmək ağlımın ucundan belə keçmirdi...

Anama görə elçilərin birini qəbul etdim. Xərçəng olduğunu öyrəndiyim anda sənə nifrət etdim. Sən!!! Anamın xəstəliyində sənsən günahkar!!!...Bilirəm, yanlış özüməm. Amma nə edim axı mən yazıq?! Bacarmıram, özümlə bacarmıram...

Gedirəm, əzizim! Unutma məni. Sən həmişə qəlbimdəsən, mənimsən, Fuad. Sənin Nərminin."

 


... dəfə oxunub
Qiymət: 7/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+18=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0276 saniye