Qəlbimizdəki azadlıq
Elnure Oruclu tərəfindən "Digər yazılar" bolməsinə 04:32 15 dekabr 2015 tarixində əlavə olunmuşdur

Həyat! Sən mənə, sevdiklərimə,insanlara! Bəzən çox şirin, bəzənsə o qədər acı gəlirsən ki.. Şirin olanda davam etmək gəlir içindən həyata, acı olanda isə ilk ağlımıza gələn ölüm olsa da, xeyir dostlar, ölüm yox, acı olanda göz yaşları, ürəkdə hiss edilən acılar gəlir ağlımıza... Hisslərimiz bizim ən həssasımızdır... Bu acı ilklərdə şirin nağıl olsa da, sonradan kabusa dönür.. Təxminən bildiniz nədən söhbət edirəm... Təcrübələrim mənə yaz deyir – Həyatda olan və ya olubda ruhunu azad edən insanların çox istifadə etdiyi sözləri... Hansı ki, bu sözlər bir çoxunun həyatını məhv etməyə hazırdır... Bildiniz mi, “Bəlkələr”, “Kaşkilər”, Təəssüf hisslərimiz.. Bəli, bu sözlərin kökü məhz bildiyimiz “Sevgi”-dir.. Sevgi, dostlar, mənim üçün çox füsünkar səslənir... Mənim imtina edə bilməyəcəyim hisslərdən biridir.. Birini sonsuzadək sevib, O insanı qəlbimizdə behşidə qədər daşımaq hər insana nəsib olmur, ağır gəlir... Bunu güclü insanlar bacarar deyə düşünməyin, əlbəttə yox.. Bunu səndə bacararsan, məndə, hətta hər kəs.. Güclə nə əlaqəsi var sevginin?... Amma həqiqət vardır ki, gizləməyək, bunu bacaran insanlar çox az qalıb.. Düşünürəm ki, elə bir zamanda yaşayıram ki, bəlkə zamanla əlaqəsi yoxdur heç. Çünki keçmişdə yaşamıram, yaşamamışam. Keçmişdə insanlar necə olub bilmirəm, amma indi ki, insanlar fərqli gəlir mənə.. Zəmanə deyirik, zəmanədəndir.. Bəlkə də.... Amma əlimdə olsa 20 il əvvələ, ya da irəliyə getmək istərdim... İstərdim....—nə çox istəklərimiz var... Ürəyimizdə, Ağlımızda, Ruhumuzda, Həyatımızda, Arzularımızda... Sevgi azad idi.. Nə vaxt bu qədər azad oldu... Sevən, sevilən məlum olmaz oldu.. Heç dövlətimiz bu qədər demokratik deyilkən... Sənə sözüm var “Sevgi”... Bağışla, amma sənin yerin qəfəs imiş.. Amma di gəl ki, artıq Azadsan! Hər qəlbə toxunursan.. Layiq oldun, olmadın.. 50 illik evliliklərə, sevgilərə, sevənlərə uzaqdan həsrətlə baxmaq çox təsirlidir... Çünki bilirik, bu sevgilər böyüdücü ilə axtarılacaq saydadır. Heç güzgüdə özünüzə baxaraq səhv axtardığınız olubmu? Amma səhvlərimizə bir gün dönüb baxmalıyıq, baxmırıq! Biz düzük, səhv etmərik, insanda deyil günah.. Günahda, səhvdə -  zəmanə də, zaman da, həyat da, yaradılışımızdadır elədir? Başqasına günah, böhtan atmaq necə də asandır... Mən, Sən, O – özümüzü AZAD SEVGİYƏ layiq gördük mü?! Dürüst olaq! Ola bilmərik axı... Bacarmarıq, vicdanımızı oyandırmaq istəmərik... Bəlkə də layiq deyilik... Təkrarlar başlayır, bəlkələrlə yenidən... Sevgi - əbədidir? Məncə deyil, sevgi  necə əbədi ola bilər, tükənib... Sevgi mi bizdən küsüb, biz mi sevgidən məlum deyil.. Amma hər birimizin möhtac olduğu yer sevgidir... Sən, bəli Sən... Sən bu sevgiyə layiqsən mi? Neçə qəlb qırmısan? Neçə qəlbə ümid vermisən? İndi sevgi dilənirsən həyatdan, hansı haqla? Düzdü sən axı haqlısan, insan haqları deyilən qanun var... Hər kəs sevgisini sosial şəbəkəyə bağlayıb, ayrılıqlar blokla əvəzlənib, sevginin sübutu 6 rəqəmdən ibarət olan parolla dəyişdirilib... Halbuki, mənim, bəlkə də bizim istədiyimiz sevgi məktublarda gizliydi.. Məhz buna görə yaşamaq istərdim, bəli istərdim poçtalyon vaxtlarının olduğu dövrlərdə...  Dostlar, sevginizi qoruyun, sahib çıxın.. Nə qədər ki, Ovucunuzdan azadlığa doğru qanadlanıb uçmayıb.. Azad sevgiləri dəstəkləyərdim, çünki bir zamanlar “sevgi” 2 kəlimə ilə təsdiqlənərdi... !! “SƏNİ SEVİRƏM”.... Amma indi bu söz o qədər ucuzlaşıb ki, üstündə pul versələr alınmaz... Ruhumuzu yeniləyən sevgimiz haralardasan?... Niyə tapmaq çətinləşib səni.. Bəs indi niyə erkən yaşımızda qocalırıq ruhən, heç düşündünüzmü? Mən düşündüm... Bu həyatda sevgi ucuz tutulurmuş.. Əsl sevən sevilmir, əsl sevgilər əzilib ayaq altında yox olurmuş... Qürur – yaxşı ki, var,.. deyəcəyim ağlıma gəlməzdi, çünki uşaqlıqdan əzbərimdi - “Sevgidə qurur olmaz deyə”. Əzbər bozan günlərin, illərin, zamanların, insanların olacağını düşünməmişdim... Sonradan tanış oldum əzbər bozan hadisələrlə, reallıqlarla... Etiraf etməyi bacaraq sevgimizi... Dilə gətirək həqiqi sevgimizi... Etiraf edin, mən bacarmadım... Düşündüyüm kimi güclü insan deyilmişəm... Bəlkə də səbəb vardı.. Bəzən olur, sevdiyiniz sizi sevmir... Ola bilər.. Əbədi sevgi istəməyin, əsl sizi sevən, sizə dəyər verən, hörmətinizi saxlayan, qoruyan, sevgisinə və sizə sahib çıxan sevgi istəyin... Ən əsası...

– “Allah nə arzunuz varsa yerinə yetirməsin, Ürək bu, xeyri, şəri bilməz, istəyər hər şey... Rəbbim xeyirlisi nə isə onu versin hər birimizə... Hz. Mevlana”


... dəfə oxunub
Qiymət: 10/10(40 səs)
[qiymət ver ]
Şərh yaz
3+21=
Hesaba giriş
Müəllif

Elnure Oruclu
Haqqında
Yazmağı çox xoşlayıram, danışmaqda çətinlik çəkirəm bəlkə ürəyimdən keçənləri deyə bilmirəm.. Ona görə yazı yazmağı çox xoşlayıram.. şeirlər, hekayələr, sevgi məqalələri və.s bunlar yaradıclıqdan irəli gəlmir, mənə görə bu qəlbimizin bizə hədiyyə etdiyi kiçicik paydır... 
Əlaqə
E-mail:
1320a@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0278 saniye