Binanın ən qəribə sakini
35 yaşlı kişi
Vaxtını keçirir kitabla dəftərlə
Balaca qız yaxınlaşır ona
Günlərin hansısa birində
Deyir “Salam,Dəli əmi”
Təəccüblənir qəribə adam
“Salam” deyir o da
Soruşur balaca qızdan
-“Dəli əmi ?!” mənim adım “Dəli” deyil
-Bütün bina sizə dəli deyir
Soruşur yenə qəribə adam “Niyə ?”
-Çünki dəlisiniz ona görə
Sizin yaşınızda bir adam
Qaz vurub qazan doldurar
Siz isə ancaq kitab və kitab
-Kimdir bəs burda ağıllı ?!
Yekə qarın dayı və binada hamıya ağıl verən
3-cü mərtəbədə yaşayan qolları qır-qızılla dolu qadın
Gülümsədi qəribə adam
Getdi evinə sağollaşıb qızla
Dedi öz-özünə pıçıltıyla
“Eşq olsun bu binadakı ağıllılara”