Qəm çəkməyə lazım olacaqsa mənə təklik,
Qəm xatirinə tək qalaram mən-yenə təklik.
Hər dərdimə həmdəm olacaqsa nə sözüm var,
Qalsam əbədi ömrümü verrəm sənə,təklik.
Salmış məni atəşlərə.qəm içrə yanıram,
Çəkdim yenə zillət,yenə möhnət,yenə təklik.
Tapmaz davasın dərdinə aləm də yığılsa,
Salmış onu səhralərə,dərd Məcnunə təklik.
Tənhalığı dərman dilədin dərdinə pünhan,
Bezdirmədi,ar olmadı,Mövlud,sənə təklik.
9.12.2014 / Zərdabi
Mövlud Ağamməd