QƏM ETMƏ
Gülnarə Sadiq tərəfindən "Şeir" bolməsinə 01:30 17 noyabr 2014 tarixində əlavə olunmuşdur

Niyə şerlərin daim qəmlidi?

Sözlərindən həsrət yağır,ey şair!

Görürəm gözlərin yaman qəmlidi,

Ürəyindən qəmlər yağır,ey şair!

 

Dolaşıq fikrinlə özünü üzmə,

Sən gəl ümidini bəxtindən üzmə,

Qəmgin baxışınla gəl məni üzmə,

Ruhundan dərdləri qopar ,ey şair!

 

Sil bu misralardan onun adını,

Qayıtma geriyə,sorma halını,

Burax zamana,versin dərmanını,

Qəlbinə səadet dolsun,ey şair!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+22=
Hesaba giriş
Müəllif

Gülnarə Sadiq
Haqqında
Gülnarə Sadiq – Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.Uşaqlıq illərindən ədəbiyyata olan marağı Gülnarə qısa şeirlər yazırdı.Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında derc edilmişdi.Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olmuşdu.Halhazırda www.vehdet.org saytının baş redaktorudu.
Əlaqə
E-mail:
edebi-islami.vehdet@yandex.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0263 saniye