Qəm odunda yanmaq üçün...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 17:26 19 aprel 2015 tarixində əlavə olunmuşdur

Qəm odunda yanmaq üçün
Aşiq oldum,pərvanəyəm.
İçdim meyi meyxanədə,
Xumar oldum,məstanəyəm.

Çox inandım vəfasına,
Dözdüm zülmü-cəfasına.
Yetmək üçün səfasına
Əhd etmişəm,peymanəyəm.

Qəmim pünhan,razi-diləm,
Möhtacıyam,dərdin biləm.
Məcnun deyir mənə aləm,
Çün dərdindən divanəyəm.

Mövlud,sevgi yalan imiş,
Ömür ah-zar,nalan imiş.
Kərəm oda yanan imiş
Mən qəlbi qan,viranəyəm.

12.11.2014 / Zərdabi

Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+19=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0372 saniye