Qəmin kəm,sevgili yar,çün azad oldun qəmindən..
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 16:27 19 mart 2015 tarixində əlavə olunmuşdur

Qəmin kəm,sevgili yar,çün azad oldun qəmindən.....

Qəmin kəm sevgili yar,çün azad oldun qəmindən,
Unutdun dərdi-səri ayrı düşdün aləmindən.
***
Sənin dərdin-qəmin eşqin odunda yanmağındı,
Özün atdın oda sən,inciməgil həmdəmindən.
***
Qəmin möhtacıdı dil,çünki dərdə mübtəladı,
Usanmaz heç zaman ol möhnətindən,sitəmindən.
***
Gələr olmaz cahana sən kimi gülüzlü nigar,
Bükər boynun bənö:şə gülüzarə qədəmindən.
***
Onunçün etmişəm,Mövlud,canım qurban canana,
Ayırmasın məni qəm,hər anından,hər dəmindən.

18.10 2014.Zərdabi.Mövlud Ağamməd.

 

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+29=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0329 saniye