Qəmküsar
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 15:30 27 noyabr 2015 tarixində əlavə olunmuşdur

Əliqulu Qəmküsar 1880-cı ildə Naxçıvanda dünyaya göz açmışdır.Ədibin gerçək soyadı Nəcəfovdur,ziyalı-maarifçi nəsil olan Nəcəfovların nəsilindəndir. Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər papaqçılıq, sonralar isə Culfa gömrükxanasında komissionçuluq etmişdir. Ana babası Məşədi Əsəd "Məddah" təxəllüsü ilə şeir yazmışdır. Əmisi "Fani" təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov Naxçıvanın adlı-sanlı şairlərindən biri idi.

Qəmküsar səkkiz yaşından molla məktəbində ərəbcə və farscanı öyrənmişdir. O,hələ məktəb illərindən şeir yazmağa başlamış, 1892-ci ildə üç sinifli şəhər rus məktəbinə daxil olmuş, il yarım orada oxumuşdur. 1896-cı ilin əvvəlində, xəstə atası müalicə üçün Təbrizə gedir və Qəmküsarı da təhsildən ayırıb özü ilə aparır. Dörd ay Təbrizdə qaldıqdan sonra atası vəfat edir. Ağır külfətin qayğısı üzərinə düşdüyündən Qəmküsar dərsə davam edə bilmir. Təbriz mühiti şairin xoşuna gəlmir, təəssüratını bu cür ifadə edir:

Qurtarmadımı ağlamağın mövsimi, yarəb?

Hər gündə münacat olunur məscidimizdə.

Ağlar günə qaldıq, yenə əl çəkməyəcəklər,

Bu mərsiyəxanlar nə görüblər biləmizdə.

1897-ci ildə anası və dayısı ilə Xorasan ziyarətinə getməsi və orada gördükləri Qəmküsarda mövhumata olan nifrəti daha da artırır.

1912-ci ilin axırına qədər Culfada və bəzən Naxçıvanda yaşayır. "Molla Nəsrəddin" və başqa Bakı qəzet və jurnallarına şeir və məqalələr yazır. 1907-1909-cu illərdə İran inqilabı ilə yaxından maraqlanan gənc Əliqulu, bu mövzuda şeirlər çap etdirir. 1912-ci ilin oktyabr ayında Qəmküsar Tiflisə köçür və Mirzə Cəlil ilə birlikdə "Molla Nəsrəddin" jurnalında yaxından iştirak etməyə başlayır. 1916-cı ilin may ayında juraal müvəqqəti olaraq dayandırılır. Əliqulu Qəmküsar 1917-ci ilin sonlarında Tifiisdə çıxan "Al bayraq", sonra "Gələcək" qəzetlərində şeir və felyetonlar çap etdirərək ədəbi yaradıcılığını davam etdirir. Onun qələmindən çıxan yazıları"Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla nəşr edilmişdir.

Əliqulu Qəmküsarın ölümü də faciəvi şəkildə baş vermişdir.Yaradıcılığının ən parlaq çağlarında həyatla vidalaşan Qəmküsar 1919-cu ildə, martın 4-də axşam evinə qayıdarkən menşeviklər tərəfındən amansızlıqla qətlə yetirilmiş və həyatın ağır yaşam şərtləri üzündən qoynuna sığımdığı Tifiisdə dəfn edilmişdir.

 


 

 


... dəfə oxunub
Qiymət: 8/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
8+19=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0467 saniye