Və sonra döndü dedi ki şair.Ey qadın, sən sanki Tanrının varlığınının sübutu üçün yaranmısan.Qadınsa dönüb dedi ki, mənə varlığımı xatırlatdın aynalardan əvvəl.Əllərin necə də zərifdir.Məni qucaqlarkən qolların sanki bulud topası kimi.Ölümün caynağından aldın sanki ruhumu.İntihara yaxınlaşırdım yavaş yavaş.Əllərimdən tutub apararkən sən çıxdın qarşıma.Uçurumun kənarındaydım.Qəfəsim açıldı və azad bir quş olub səmaya uçdum.Yağışla islandım,günəşlə isindim.Zümrüd quşu kimi küllərimdən yenidən doğdum.Günahlarımı bir boşluğa atdım.Vicdanımın boşluğuna.Ki biraz sızıldasın deyə.Əlimi üstünə qoydum xəyallarımın.Ki bu dəfə heçkəs görməsin deyə.Bir ulduzdan yapışdım,ayı izlədim saatlarca.Sonra aldım yorğanımı bu gecə səmanın qoynunda yatdım.Bir musiqi çalındı uzaqda.Səssiz səmirsiz gözlərimi bağladım.Bağırdım,hayqırdım.Ama susqunluqlarım daha çox batırdı qulaqları.
Sən, qəmzəmdə gizlətdiyim adam.!)