Noyabrın 29-da Kitabevim.az kitab marketində millət vəkili Qənirə Paşyevanın "Sağlamlığın öz əlində” kitabının təqdimat mərasimi keçirilib.
Yazarlar, jurnalistlər, söz adamları və oxucuların qatıldığı tədbiri giriş sözü ilə f.ü.f.d., dos Şəmil Sadiq açıb. O, kitab barəsində oxuculara geniş məlumat verib.
Daha sonra söz alan Qənirə Paşayeva "Sağlamlığın öz əlində” kitabının əhalinin tibbi marifləndiriməsi yolunda atılan addımlardan biri olduğunu deyib. Qənirə xanım bildirib ki, millət vəkilliyi dövründə əhalinin tibbi savadsızlığının aradan qaldırılması üçün müxtəlif tədbirlər həyata keçirib. Yeni nəşr olunan kitab da bu tədbirlər silsiləsinin bir hissəsidir.
Kitabın redaktoru Əkbər Qoşalı da öz növbəsində kitabın əhəmiyyətindən söz açıb. Çıxışlar bitdikdən sonra tədbir imza mərasimi ilə davam edib. Sonda xatirə şəkli çəkilib.
Qeyd edək ki, Qənirə Paşayevanın təklifi ilə "Sağlamlığın öz əlində” kitabı tədbir iştirakçılarına pulsuz hədiyyə edilib. Həmçinin kitabın regionlara göndəriləcəyi də qeyd olunub.