Qəribədir bilirəm
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 00:29 29 sentyabr 2015 tarixində əlavə olunmuşdur

Bir qadını sevmək
Və sonra küçənin bir döngəsində onu atıb getmək.
Qəribədir bilirəm, qadın sevmək özü bir xəstəlikdir
Heç bir dərman kömək etməz, ağ-xələtli insanları isə unut getsin,
Çünki dərmanı olmayan bir xəstəlikdir, boş ver... 

Biraz yalanlarımız qocalıb, doğrular isə nədənsə cavan qalıb
Həyat rənglərini hədiyyə edir,
Öldüyümüz gün yəqin ki, başa düşərik.
Qəribədir hə?! Gecələr musiqini ruhumuza yeritmək
Bunu nə üçün və ya kimin üçün isə etmək
Qəribədir bilirəm... 

Öpmə, heç sərin nəfəsivə də ehtiyac yoxdur
İndi sən heç yanıma gəlmədən belə ayrıla bilərsən.
Bir zəng və qulağımda ayrılıq sözü, qəribədir
Hətta xoşbəxtliyi belə, monitorun arxasında axtarırıq.
Qəribədir bilirəm... 

İnsanlardan qaçmağımız, öldürülən hər bir ünsiyyətin nümunəsidir
Bacardığımız qədər öskürək,
Bəlkə sonuncu ümüdü çıxartdıq ciyərlərimizdən.
Qaldı haralardasa qatarımız,
Qara və ağ çantalarda var idi içəridə,
İçi dolu sevgi, ac qalmış insanlara paylamadıq.
Qəribədir bilirəm, hər şey səhv ucbatından olur...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+16=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0203 saniye