Qəribədir
Xanım Əliyeva tərəfindən "Digər yazılar" bolməsinə 20:42 11 avqust 2014 tarixində əlavə olunmuşdur

Qəribədir... Heç kim bilmir kimə həsr edirəm bütün yazdıqlarımı. Onların ağlında olan, ağlından keçən adlar, hamısı yalandır. Onlar bilmir. Onlar bilmir kimə həsr edirəm hər misra şeyrimi, onlar bilmir kimə həsr edirəm hər sətr yazdıqlarımı, onlar bilmir. Amma sən bilirsən. Qəribədir...
Qəribədir... Bu boyda dünyada sən, yalnız sən həqiqəti bilirsən. Yeganə insansan ki sən sözsün anlayacaqsan, iki dodaq arasında olan həqiqətləri, iki gözün qırpımları arasındakı göz yaşların. Qəribədir...
Qəribədir.. Hər şeyin dəlili, sübutu olduğu halda, sənlə aramda olanlara sükut lazımdır. İnsanlar bir-birinə hissləri anlatmaq üçün dastan yazdığı halda, mənim baxışım, sənin təbəssümünün bəs etdiyi bəsit dünyada yaşayırmışıq. Qəribədir...
Qəribədir... Əvvəllər anlamırdım, niyə hər şey belədir, niyə hisslər hər şeyi aydınlaşdırır, niyə içimizdəki sözləri deyə bilmirik bir birimizə.Səbəb sən, itirmək qorxun, özündə cavabın bildiyin sualın qarşısında aciz qalmağın. Qəribədir...
Mən sadəcə istəyirəm ki sən biləsən, mən hər şeyi bilirəm. Sən günahkar deyilsən, qurban tələb edir istedad, sən qurbanını verdin, gecdir geri dönməyə, qorxma, mən hər şeyi bilirəm, sənəsə bir yol qalır, qorxma, mən səni günahkar bilməyəcəm.
Qorxma...
Qəribədir...

Sadəcə bir kəımə misra, bircə sətir.......
Və hər şeyi anlayacağam.
Qorxma...
Anlat....


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+23=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0311 saniye