Qəribəm...
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 12:57 03 yanvar 2016 tarixində əlavə olunmuşdur

 Doğulduğum diyara,uşaqlığımı keçirdiyim məhəlləyə, oxuduğum məktəbə,gəncliymi bada verdiyim şəhərə qərib olmuşam.Vətəndə vətənsizlik hissi tam bir vəhşətdir.Bunu yalnız yaşayanlar bilər.Evin yoxsa,işin yoxsa,sosial təminatdan məhrum acı bir taleyə məhkum edilmisənsə,o zaman,o yer necə doğma ola bilər axı!?Qəribəm bu dünyaya,qəribəm ətraf mühitə.At izinin it izinə qarışdığı yerdə ümidə aparan yolların izi itib.Ən zor olanı,ən müşkülü də,elə budur.Hansı səmtə gedəcəyimi bilmirəm,harada bir az rahat nəfəs ala biləcəyim yolun izini itirmişəm.Bu səbəbdəndir ki,artıq qəribəm bu yerə.Xainlərlə eyni masada oturmaq,şərəfsizin “ləyaqət”dən bəhs edən “nəsihət”lərini dinləmək,rüşvətlə nigaha girib özünü ona arvad edənlərin simasız sifətinə baxmaq,qanmazın su yerinə məzlumun qanını əmməsinə şahid olmaq,zalımın zülmü qarşısında çarəsizliyini hiss etmək həqiqətən də,analoqu olmayan bir haldır.Bir zamanlar ruhuma dar gələn dünya,indi cismimə də dar gəlir.Qəribliyimi hər addımda hiss edirəm.İmansızlarla eyni havanı udmaq çox əzab verir cismimə.Sevgiyə,qardaşlığa,dostluğa,insanlığa həsrət qaldığım bu amansız dünyaya qəribəm...


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+9=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0356 saniye