Qeybdən gələn səs
Sən An tərəfindən "Digər yazılar" bolməsinə 12:45 14 may 2014 tarixində əlavə olunmuşdur

Qeybdən gələn səs.

 Axır vaxtlar nədənsə gülümsəyirəm.Heç bir səbəb olmadan.Yox! Axı heç bir şey səbəbsiz olmur.Səbəbin mən özüm tapmalıyam və tapdım.Soyuq bir qış axşamı idi.Buz divarların arasında öz düşüncələrimlə isinməyə çalışaraq tək-tənha oturmuşdum.Birdən qeybdən səs gəldi.Hə, bilirəm gülürsüz.Heç qeybdən də səs gələr?! Gəlir,gəlir o səslər hər gün bizim qulaqlarımıza gəlir.Sadəcə bizlər onu eşitməzliyə vurub üstündən bir xətt çəkirik.Amma mən bu dəfə heç bir xətt çəkmədim, sadəcə onu dinləməyə çalışdım.O, qışqırırdı, bağırırdı,sanki mənə üsyan edirdi.Mənə deyirdi: sən sevirsən, amma bunu deməkdən çəkinirsən , sən nifrət edirsən,amma bunu etiraf etməyə qorxursan.Çəkinmək və qorxmaq hissi məni, səni, bizləri əməlli-başlı “kar”,”kor” və “lal” edib.Qurtulmalı idim bu vəziyyətdən.Mənə verilən birinci sual bu oldu.

 -Nə istəyirsən?

 -Çox şey..

 -Məsələn nə?

 -Xoşbəxt olmaq.

 - O,nisbi olan bir şey mütləq olanı de.

 -Nisbi olan şeyləri mütləq edə bilmək elə mənim məqsədimdir.

 -Aha, nələrdir ki, səni bir məqsəd yolunda piyada edən?

 -Mən piyada deyiləm,mən göylərdə uçuram,mənim balaca qanadlarım var.Onları hər zaman səmalara ucalmaq üçün çırpıram.Və ucalananda qarşımda nəhəng kimi görünmək istəyən insanları bir nöqtə kimi görürəm.

 - Sənin qarşında nəhəng kimi görünmək istəyənlər kimlərdir ki ?

 -Mənim valideynlərim,mənim sevgilim,mənim dostlarım, mənim işdə olan müdirim.Valideynlərim hər an mənə deyir ki, səni dünyaya biz gətirmişik,yaşadığın həyata görə bizə borclusan,sevgilim deyir ki, məndən başqa heç kimi görməli deyilsən,dostlarım deyir ki, sənin ən çətin günündə biz sənin yanında olmuşuq,müdirim də deyir ki, mənəm sənə “çörək pulu” verən,mən olmasam acından ölərsən.Özümü heç kəsin yanında “borc”lu kimi hiss edə bilmirəm.

 -Niyə “borc”lu olmağı istəmirsən?

 -Çünki heç kimdən “borc” almamışam.Nəyinsə qarşılığın gözləmirəm.Hər kəsi qarşılıqsız sevirəm,valideynlərimi,dostlarımı,sevgilimi,elə lap o yekəqarın müdirimi də.Bilirəm ki, bir şeydən qarşılıq gözləməmək məni nifrətdən uzaq edir.Bunu özüm istəmişəm.Nifrət etməyi sevmirəm.Yaşadığımız həyat sevgi ilə dost olanda nifrət qapısı üzümüzə hər an bağlı olur.Nə vaxt ki, hiss edəndə ki, eqoizm mənə özümdən başqa bir kimsəni düşünməməyə sevməməyə vadar edir, o an musiqi və şərab mənim köməyimə gəlir.Musiqi və şərab ilə bu xəstə ruhuma dərman tapmağa çalışıram.Buna tibbdə musiqi terapiyası deyirlər.

 -Musiqini anladım, bəs şərab niyə?

 -Bax mən indi sərxoşam, şərab içə bilməsəydim səni eşidə bilmək mənə çətin olardı.Əslində sərxoş olmaq üçün şəraba o qədər də ehtiyac yoxdur.Sevgi ilə də sərxoş ola bilər insan.Amma nə yazıq ki, əksər sevgilər sənin ruhunun tutduğu qədəhə süzüləndə səndən nəsə istəyir,amma sən onu verə bilməyəndə başını unitaza soxub qusursan,qaytarırsan.Mən də qusmamaq üçün sadəcə qədəhimə bir qırmızı şərab süzdüm və içdim onu.

 -İndi özünü necə hiss edirsən?

 -Əla!

 -Niyə məhz əla?

 -Çünki mən səni eşidə bilirəm.Sən də məni dinləyə bilirsən.Sən məni dinlədiyin zaman sənə heç bir kimsədən zəng gəlmir və mane olmur bizim bu söhbətimizə.Səninlə kontakdayam bu mənə zövq verir.Nə olursa olsun sən məni sona qədər dinləyə bilirsən, bezmirsən məndən.Səninlə tam rahatam.Hər şeyi sənə etiraf ede bilirəm.İnsan da elə bir şeydir ki, hər şeyi bölüşəcək birisi ilə özünü tam şəkildə rahat hiss edəndə ona bağlanır.Sənə çox bağlıyam artıq.Səni eşidə bilməsəydim bu bağlılıq olmazdı.Buna görə öz qulaqlarıma minnətdaram ki, səni eşitdi.Səndən bir istəyim var ki, hər zaman mənim yanımda olasan, sənə öz etiraflarımı çəkinmədən edim.

 -Sən narahat olma,əgər sən məni hər zaman eşitməyə hazır olsan mən sənin yanında olacam.Qulaqlarına pambıq tıxama.Onları açıq tut.Ətrafını eşitməməyin sənə heç bir ziyanı olmaz,çünki onlar sıradan bir ətraf, amma mən sənin etrafın yox, içinəm.İçini heç vaxt ətrafına qurba vermə! Qurban verdinsə kar olub məni heç bir zaman eşidə bilməyəcəksən.Mən səni hər bir halında dəstəkləməyə hazıram.İstər lap homoseksual ol,istər lap pedofil ol, istər lap ən ağır cinayət törətmiş cinayətkar ol, fərq etmir mən sənin yanında olacam.Bir şey tapıb sənə bəraət qazandırmağa çalışacam.

 -Səndən bir şey istəyirəm.

 -Nə?

 -Mənə görə özünü heç bir şeyə məcbur etməyini istəmirəm.

 -Mən sənin özünəm axı.

 -Elə məndə özümü heç nəyə məcbur etmək niyyətim yox.Nə olursa olsun vicdanım susanda heç bir bəraet istəməyim səndən.

 -Bəs onda nə edecəksən?

 -intihar…

 -Axı bayaq deyirdin gülümsəyirəm,ölsən nece gülümsəyəcəksən bəs?

 -Məgər öləndə gülümsəmək olmur?

 -Olur deyəsən.Ölümün üzünə gülmək deyirlər buna.

 -Ay sağ ol, ona görə də nə olursa olsun hər zaman gülümsəyəcəm.Lap səni eşidə bilməsəm belə.


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+6=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0302 saniye