qeydlərim
ceyhun fikrət tərəfindən "Digər yazılar" bolməsinə 16:59 05 aprel 2015 tarixində əlavə olunmuşdur

Axmaqlarla yol yoldaşı olub,bataqlığa düşəndən sonra ağılın necə böyük nemət olduğunu dərk etdim.

Cəmiyyət çirkablı qaba bənzəyir,

içindəki suda bulanıq sudur

qabdakı suyuda dəyişmək üçün

gərək qab özü də pak olsun əlbət

Biz reyslərlə irəlləyən böyûk qatarın sərnişinləriyik.Nə zamansa bu qatar dayanacaq və içindəki sərnişinlər niyyətlərinə uyğun olaraq getdikləri yerlərə catacaqlar.

Əqidəsi düz olmayanın ibadəti naqisdir.

Bəzilərinin qəlbi yataqxanaya bənzəyir,kirayə qalanlar isə burda bir mûddət yaşarlar və gedərlər.

Ey züleyxalar bizi zindanla qorxuzmayın. Biz zindandan qorxmarıq. Biz YUSIFLƏRIK. Bir zaman gələcək ki,ALLAH bizi quyudan çıxartdığı kimi,zindandan da xilas edəcək,və bizi MİSİR dövlətinin əzizi edəcək.Həmin zaman züleyxalar bizə aşiq olacaq.Biz MİSİR dövlətini yoxsulluğdan, aclığdan,zəlalətdən,bütpərəstlikdənxilas edəcəyik.Inşallah.

Əgər bilmək istəyirsinizsə əsil həqiqət, doğru yol hardadır? ALLAHın yer üzünə göndərdiyi QURANI-KƏRIMƏ baxın.Görün,oxuyun,islam dini ilə gedin və islamı insanlara öyrədin

Dünyanın sözünə baxsaydım əgər,

olardım sənin tək,məndə bəxtəvər,

dünya müvəqqəti,məhv olar əsər,

axirət övladı qalacaq sonda

Yaxşını pisdən ayırmaq üçün gərək sən özündə yaxşı olasan

Ey dünya səndən həzər edirəm,arxamca cahildə qeybət edir,özünə müsəlman deyəndə.YA ƏLİ(ə)sənə canım fəda. İndi başa düşürəm ki,25 il dərdini niyə quyuya demisən. Mən heç quyuda tapa bilmirəm. Dad insanların əlindən

eşq dediyin elə bir haldır ki, gərək heç nəyə baxmayasan və getdiyin yolda dəqiq və düzgün olasan. Sənin haqqında hər şey deyə bilərlər əsas odur ki sən özünü tanıyasan və biləsən ki aşiqlik nə deməkdir

Sizlər ofislərdə,məscidlərdə oturub şəriyyətdən danışa bilərsiniz,amma əsil müsəlman mütləq üzə çıxacaq,bulud onun üzünə kölgə salsa da O, mütləq günəş kimi parlayacaq. Bizim bir rəhbərimiz var. O,şəxs İmam MƏHDİDİR .O, QAIMDİR,O,MÜNTƏZİRDİR. YA MƏHDİ(Ə)mənim rəhbərim sənsən

Hər adamın özünə məxsus kitabı olduğu halda,bizim kitabımız QURANI-KƏRIMDİR

Ey IMAM Huseyn (ə) mən Kufədə doğulsam da Kufəli deyiləm. Kufəlilər kimi qorxaq və xəyanətkar da deyiləm. Mən yalnız ALLAHdan qorxuram. Baban Muhəmmədin(ə)peyğəmbərliyinə şəhadət vermişəm. Əli(ə)-ın və Fatimeyi-Zəhranın(s.ə) övladlarını özümə IMAM bilirəm. Nə olar mənidə "EŞQ KARVANINA" götür.

Biz ŞİƏ olduğumuz halda, bizi necə qəbul etməyinizin bizim üçün heç bir əhəmiyyəti yoxdur,ey dünya bizi çünki ALLAH tanıyır

Bu cəmiyyətdə kimin kim olduğunu bilmək istəyirsənsə o kəsin danışdığı sözə bax çünki onun kimliyi o danışdığı sözdədir

Dünya sənin geyindiyin qara çadradan qorxur. Sən isə ALLAHDAN. Onlar qara çadranın dünyaya yayılacağından qorxurlar. Sən isə sonuncu İMAM yəni İMAM MƏHDİ(ə)-nın səni necə qəbul edəcəyindən qorxursan

Sən bizə pislik etsən də, biz sənə yaxşılıq edəcəyik. Çünki bizim şüarımız yaxşılıq etməkdir. Sənə maraqlıdır yəqin ki, biz səndən nə ilə fərqlənirik? Çünki biz ALLAHU-ƏKBƏR dedik.

Ey zülm biz sənə möhtac deyilik,biz ALLAHA möhtacıq

Harda yaşamağından aslı olmayaraq, dinini qoru və əsil müsəlman ol

Biz sənin hicabına uzanan əlləri kəsə bilərdik,lakin içimizdə olan baltalar bizim əllərimizi kəsdi

Əgər məni doğram-doğram etsələr və desələr ki,İmam Əlidən (ə) dön,yenədə dönmərəm. Çünki Əli(ə)haqqı deyib haqqı müdafiə edəndir

 


... dəfə oxunub
Qiymət: 5/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+37=
Hesaba giriş
Müəllif

ceyhun fikrət
Haqqında
Ceyhun FİKRƏT 
(Dünyamalıyev Ceyhun Fikrət oğlu) 
yazar 

Gənc yazar Ceyhun Fikrət (Dünyamaliyev Ceyhun Fikrət oğlu)18 avqust 1984-ci il tarixdə Bakı səhərində anadan olub.Əslən Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Samaxı səhərindəndir.10 yasından ədəbiyyat sahəsinə maraq göstərmis Ceyhun,bir cox klassik sairləri və yazıçıları mütaliə etmis və dərindən öyrənmisdir.20yasından böyük yaradıcılığa,yəni ədəbi fəaliyyətə baslamısdır.Hal-hazirda Ceyhun Fikret imzasi ile edebi fealiyyetini davam etdirir
Əlaqə
E-mail:
ceyhunfikret@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0314 saniye