Ola bilsin ürəyimdə sənə qiymət olacaq,
Yenə lənət,yenə fəzlət,yenə,nisbət,olacaq.
Nola mehman gələ bir dəm üzü aydan da gözəl,
Yenə dəvət,yenə,zəhmət,yenə minnət olacaq.
Deyə bilməm,görüşək,bəlkə də,mümkündü bu iş,
Yenə şəhvət,yenə şövkət,yenə,əlbət, olacaq.
Səni əğyarla əgər görsə müdam bədgulərin,
Yenə söhbət,yenə qeybət,yenə töhmət olacaq.
Yeni əsrin dəli-divanəsi oldum,nə edim?
Sənə, Mövlud, yenə həsrət,yenə möhnət olacaq.
13.01.2014 / Zərdabi
Mövlud Ağamməd