QƏZƏL:
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 15:22 13 dekabr 2019 tarixində əlavə olunmuşdur

Xəzan olmuş, gülüm solmuş, solan gültək mənəm, gerçək,

Əsir yellər, köçür ellər, qalan bir tək mənəm, gerçək.

***

Keçər günlər, didərginlər, itən kəslər, Vətən səslər,

Uçar ruhum, ölər qorxum, yalan-gerçək, mənəm gerçək.

***

Vətən tar-mar, elim bimar, mənəm salim, budur halim,

Dilər dərman, edər əyyan, olan bişəkk mənəm, gerçək.

***

Şuşam miskin, Laçın küskün, baxır məlul, tapılmır yol,

Əzizlərsən, nə gözlərsən? Yolan birçək mənəm, gerçək.

***

Qayıt yurdum, boyun burdun, özün çıx gəl,bir az dincəl,

Dayan, Mövlud, talanmış yurd, nolar, əl çək, mənəm gerçək.

Mövlud Ağamməd. 30.11.2019. Zərdabi.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+9=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0281 saniye