QƏZƏL: " Dəyişdim"
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 12:57 25 dekabr 2019 tarixində əlavə olunmuşdur

Qəlbimdəki qəm-qüssəni əfğanə dəyişdim,
Vəslət qəmə yaddır deyə hicranə dəyişdim.
***
Aşiq çəkə bilməz qəmi, gər eyləsə aşkar,
Zahirdə çəkən dərdimi pünhanə dəyişdim.
***
Tərk eylədi dərdim məni səbrimlə bərabər,
Yusif kimi öz eşqimi zindanə dəyişdim.
***
Yar həsrəti çəkmək mənə qəmdən də betərdir,
Ondan da betər, dərdimi dərmanə dəyişdim.
***
Bir kimsə tapılmaz mənə lütf eyləyə, Mövlud,
Vaxt gözləmədən hökm ilə fərmanə,dəyişdim.

28.03.2018.Zərdabi. Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+1=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0299 saniye