QƏZƏL: "Saxlayım"
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:32 11 dekabr 2019 tarixində əlavə olunmuşdur

 

Dərdimin dərmanı oldur, dərdi pünhan saxlayım,

Olmasın bir kimsə agah, sirri-dövran saxlayım.

                   ***

Surətin gördükdə ruhum eyləməz tab, ey sənəm,

Qorxuram, səbr etməyim, dillərdə dastan saxlayım.

                 ***

Kim ki çəkmək bilməyir, qəmdən şikayət etməsin,

Külli-aləm dərdinə can verdi qurban, saxlayım?

                             ***

Gəl ki, ey dilbər, sənin vəslinlə şad olsun könül,

Firqətindən eylərəm hər ləhzə əfğan, saxlayım.

                     ***

Çün sənin təzim edər rüxsarına baxdıqca ay,

Ol gözəllik səndə var, cismim üçün can saxlayım.

                     ***

Görmüşəm , hər vəch ilən dərdin danır peymanələr,

Ol səbəbdən gizlədib mən camı bürhan saxlayım.

                     ***

Eşqidən, Mövlud, nə çəkmiş aşiqi-divanələr,

Dərdimənddən umma dərd, olsun ki,nöqsan, saxlayım.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+18=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0204 saniye