Qəzəl
Dövran belədir indi a insan,səbirin var,
Ruh çıxsa bədəndən çıxacaq can,səbirin var.
***
Gəz,dövr elə aləmləri,qəm-möhnəti toy bil
Dünya əzabın keyfi-damaq san,səbirin var.
***
Versən də əgər könlünü bir mahi-gözələ,
Eşqin oduna pərvanətək yan,səbirin var.
***
Damu odutək yandıra atəş səni hərdən,
Zülmət gecələr olsa çıraqban,səbirin var.
***
Hər an düşünüb Allahı zikr eylə ki,Mövlud,
Şərdən, xətadan hifz olunarsan,səbirin var.
9.06.2013.Zərdabi.(Mövlud Ağamməd)