Qəzəl.....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 23:44 21 noyabr 2015 tarixində əlavə olunmuşdur

Günlər keçirirlər yenə işrətlə,görən yox,
Çoxdan qarışıb başları rüşvətlə,görən yox.

Can versə acından,ahı dünyanı oyatsa,
Bir parça çörəkdən verə minnətlə,görən yox.

Ömrün bada vermiş sayılır kim oxumuşsa,
Alim dolanır yazdığı qiymətlə,görən yox.

Dağlar dözə bilməz bu qədər dərdə ki,dözdük,
Gündən günə artan bu rəzalətlə,görən yox.

Düşmüş elə bir dərdə ki,dərmanı tapılmaz,
Çoxdan barışıbdır bu həqarətlə,görən yox.

Olmuş ocağından,özü qaçqın və didərgin,
Gözlər dikilib yollara həsrətlə,görən yox.

Qəm eyləmə,Mövlud,de ki,bundan betərin var,
Çıxdın yola son mənzilə hörmətlə,görən yox.

15.02.2015 / Zərdabi
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+37=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0283 saniye