Qəzəl
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:01 02 dekabr 2015 tarixində əlavə olunmuşdur

**QƏZƏL**
Ürək dönüb fərağından külə,bilməz mahitaban,
Fəraği-tabından ağlar,gülə bilməz,mahitaban.
***
Görən gündən aşiqiyəm sənin kimi gözəl yarın,
Fəsanəyə dönüb düşüb dilə,bilməz mahitaban.
***
Əzabi-eşqi əhlindən xəta yetməz aşiqlərə,
Kərəm əhli vəfasını silə bilməz,mahitaban.
***
Cəfasını çəkən aşiq görər hərgiz səfasını,
Onu kimsə sənin ilə bölə bilməz,mahitaban.
***
Güzar etsən gülüstanə demə,cənnət baği yoxdur,
Ora səntək mələksima gələ bilməz,mahitaban.
**
Gözəllərdə nazü-qəmzə adət olub əzəl gündən,
Sənin qədrin aşiq Mövlud bilə bilməz,mahitaban?

23.04.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+14=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.084 saniye