QƏZƏL
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 15:26 31 dekabr 2019 tarixində əlavə olunmuşdur

QƏZƏL
Mövlud Ağamməd

Yar qəmin yarıın* verə çəkmək üçün qəmxarına,
Dönsə əhdindən əgər, yansın cəhənnəm narına.
***
Hər görən tən eyləyər düşgün, pərişan halını,
Can ki təndən çıxdı, etməz bir əlac bimarına.
***
Doğru yol göstərdi Ol, vəslət məqamın gözlədin,
Öylə zənn etdin nədən, çün yetmisən dildarına.
***
Çəkməyin bihudədir, billahi, hicran dərdini,
Eşqi inkar eyləməkçün yox lüzum izharına.
***
Surətin mahi-təbandır, ey könül, canım alır
Hər nəzər saldıqca Mövlud ol gülü- rüxsarına.

*yarısını
Mövlud Ağamməd.30.12.2019. Zərdabi.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+20=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0213 saniye