QINAMAYIN DÜNYANI
Rahil Rizvan tərəfindən "Şeir" bolməsinə 11:46 11 mart 2018 tarixində əlavə olunmuşdur

Mən necə qınayım axı dünyanı
İnsanların qalmayıbsa vəfası
Məzəmət etməyin yazıq dünyanı
İnsan olub insanlığın cəfası.

Çoxalıb saxta dost, namərd yoldaşlar
Şüursuz varlıqlar, ağılsız başlar
Çoxüzlü yaxınlar, qansız qardaşlar
Qınamayın, günahsızdı dünyanı
Bunlar olub insanlığın cəfası

Yalançı gülüş, saxta məhəbbət
Olmuyan qeyrət, ya da qeyri ət
Edilən yaxşılıq, ya da ki minnət
Qınamayın, günahsızdı dünyanı
Bunlar olub insanlığın cəfası.

Kor olsun gözlərim görməsin bunu
Artıq yaxınlaşıb bəşərin sonu
Soyunur üstünü, çıxarır donu
Qınamayın, günahsızdı dünyanı
Bunlar olub insanlığın cəfası

Rahil Rizvan


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+25=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0245 saniye