Kamil əsgərlikdən təzəcə qayıdan dostu ilə görüşmək üçün Park Bulvarda kefədə əyləşib onun gəlişini gözləyirdi. Tez-tez saatına nəzər salıb başını yırğalayırdı. Ofisianta acı çay sifarişini verib özünü rahatladan kimi gözünə digər masa sataşdı. 3 qız əyləşmişdi. Kamilin diqqəti əynindəki qırmızı donlu qız cəlb etdi. Əsmər saçlarını açıq buraxaraq sadə makiyajlı qızın səmimi təbəssümü. Gülümsəyərkən sol yanağının batışı ona ayrı şirinlik qatırdı. Kamil sehrlənmişdi sanki. Gözlərini ondan çəkə bilmirdi. Əli ilə çənəsinə dayaq verib nəfəsini içəri çəkdi.
Qız rəfiqələri ilə söhbət edərək gülümsəməsində idi. Onu heyranlıqla izləyən bir cüt gözdən tamamilə xəbərsiz idi.
5-10 dəqiqədən sonra onun rəfiqələri ilə masa arxasından qalxıb getməsinə birdən sehr pozuldu. Kamil birdən-birə düşdüyü boşluqdan özünə gəlməsinə ilk yardım telefon zəngi oldu. Cəld cavablayıb dostuna işarə verdi.
Aradan 1 həftə keçdi.Kamil iş masası arxasında kağız-kuğuzlarla işləyərkən belə "qırmızı donlu"nun varlığını unuda bilmirdi. Tez-tez gəlib gözünün önündə dururdu. Xəfifcə gülümsəməkdən başqa əlindən heç nə gəlmirdi...