18+
Əlikram kişi Qığıbol kəndinin tanınmış ixtiraçısıdır.Xəzər tv-yə də öz ixtiralarıyla bir çox dəfə çıxıb.Bir dəfə taxtadan inək düzəltməklə , bir dəfə inəkdən taxta düzəltməklə (oğlu dəli Namiqi nəzərdə tutmuruq) , bir dəfə cırılmış bir lüğət səhifəsindən gənc aktivist yazıçı düzəltməklə və nəhayət bir inək peyinindən televiziya verilişi düzəltməklə.Ama bu bacarıqları onu haqqı olan şöhrətə çatdırmamışdı.Əlikram kişi bilirdi ki texnologiya sahəsində böyük uğur qazanmaq üçün daha böyük bir şey yaratmalıdır.Elə bir şey ki onun adını göylərə qaldırsın.Və o kosmik raket icad etməyə qərar verdi.Amma bu dəfəki icadından heç kimə xəbər verməyəcəyi haqda özünə söz verdi.Söz verərkən də bic-bic güldü.Çünki özünün kənddə osturaxçılığıyla da tanındığını bilirdi.
İşə qoyuldu.Raket üstündə 2 ay gecə vaxtı təpəliklərdə işlədi.Heç kimin bilməsini istəmirdi.Hər axşam maşınıyla təpəliklərə getdiyindən arvadı ondan şübhələnməyə başlamışdı.Yoxsa əri bu dəfə köhnə traktor parçalarını söküb ondan eşşək düzəldir və eşşəyin uzun sikini mi çalırdı.Bu cür pis fikirlər onu az qala dəli edəcəkdi.Ama oğlunun həyatdakı tək peşəsinə rəqib olmaq istəmədi.Və bu fikirlərə dözməyən arvadı bir gün təpəliklərə piyada gedib ərinin nə edəcəyini görmək istədi – raket hazır olan gün.Əlikram kişi roketi bitirmişdi və nəhayət kosmosa çıxacaqdı və maşınına minib yola çıxdı.Arvadı qonşuya getmək adıyla ondan 10 dəqiqə əvvəl təpəliklərə piyada gedirdi.Maşının faraları yoxuydu çünki ixtiraçımız 3 ay əvvəl onlardan spiçka çöpü düzəltmişdi.Qaranlıq yolda sürətlə irəliləyərkən kiminsə üstündən keçdiyini hiss etdi.Və qığıltılı səslə söyülən söyüşü.”Cinayət işinə cəlb olunmaq?Sağol qalsın mən kosmosa uçmaq istəyirəm.Cinayətdən həbsə düşmək istəmirəm” deyə öz-özünə dedi.
Flashforward – 10 saat sonra
Əlikram kişi idarədə polislərə baxaraq deyir :
- Cinayət işinə cəlb olunmaq?Sağol qalsın mən kosmosa uçmaq istəyirəm.Cinayətdən həbsə düşmək istəmirəm.
Qaldığımız yerdən davam :
Budur artıq təpəliklərdədir.Maşından enib ağacın dalında gizlətdiyi raketi ortaya gətirdi.Raketə minərkən bəlkə də son dəfədir deyə yerə gözü yaşlı baxdı və hayqırdı : Vurdum sənə dünya , vurdum sənə(hollivud filmlərindəki kimi olması üçün 1 həftə məşq etmişdi bu replika üstündə).Və budur artıq raketdədir.Pəncərəni açıb qolunu çölə çıxardı və göyə uçdu.2 ay əvvəl məşhur olmadığına görə havalanırdı indi isə havalandığına görə məşhur olacaqdı.Yer səthindən kilometrələrcə uzaqdadır artıq.Kosmos deyilən yer necə də ucsuz bucaqsız imiş.İllərdir arzuladığı xoşbəxt yeri nəhayət tapacağına dair içində bir hiss doğdu.5-6 saatlıq səyahətdən sonra artıq yuxusu gəlmişdi.Gözlərini yumdu və yuxuya getdi.Yuxusunda kənd camaatı onu qəhrəman , qəhrəman deyə alqışlayırdı.Sonra bir otağa girdi və yataqın üstündəki pornostarlarla sevişməyə başladı.Birdən gey pornostarlarla birlikdə tavana doğru çırpılıb yerə düşdü.Gözlərini açdı.Raket nəyinsə səthinə enmişdi.
Əlikram kişi raketdən qırmızı torpağın üstünə endi.Haradır bura – mars?Yerə əyilib torpağı öpdü.Qarda kəpənək düzəldənlər kimi oda bu qırmızı torpağda kəpənək düzəltməyə çalışdı – və qəribə burasıdırki bacardıda.Sonra yaxınlıqdan inilti səsləri eşitməyə başladı.Haradan gəlirdi bu səslər.Qarşıdakı qırmızı təpəlikdən mi?Biraz irəliləmişdiki kiminsə əli onun ayağını tutdu.
Əlikram kişinin ürəyi ağzına gəlmişdi.Fərqli ağırlıq qüvvəsinə görə yox , ayaqlarını tutan ələ görə.Birdən aşağıdan səs eşitdi.
- Aşağıdayam.Mənə kömək elə.
Əlikram kişi elə bildiki ağlını itirib və onunla danışan sikidi.Bu da olması mümkün şeydi çünki fərqli planetdə olmağın ağırlıq qüvvəsindən…Mənasız fikirləri dəf edib , cəsarətini yığdı və aşağı baxdı.Qırmızı dərili insan formasındakı varlıqıydı ayağını tutan.
- Mən də sənin kimi bir insanam.Kömək elə.Əlimdən tutub dart məni.
Yaşlı ixtiraçı onun dediyini elədi.Biraz sonra özünə gələn bu qırmızı dərili insan ayağa qalxıb Əlikrama həyəcanla baxdı.Əlikram kişi tez söhbətə başladı.
- Deməli bu planetdə yerdəki kimi insanlar yaşayır ama fərqləri dərilərinin rənginin qırmızı olmasıdı.Bu fərqin səbəbi nədir?Sizdə də normal adam yerinə qoymadığınız başqa rəngli insanlar…(sözünü kəsdi marslı)
- Gijdıllaq sox içivə bir dəqiqə avtamat kimi danışırsan.Mən də yerdə yaşayan normal insanam.Yadplanetlilər qaçırıb prosta.Dəri rəngim qırmızı deyil cəsədlərin qanının rəngidi yapışıb üstümə.
- Bura mars deyil?
- Yox.Hara olduğunu bilmirəm.Buranın qırmızı olmasının səbəbi yadplanetlilərin üstündə eksperiment apardığı cəsədləri sonra bura atmağıdır.Zibilxana kimi yerdi burası.Mənim bəxtim gətirdi özümü cəsədlərin arasına atıb gizləndim.Səndə görünür o raketnən gəlmisən bura.Tez olaq onlar gəlməmiş qaçaq burdan.
İkisi birlikdə cəsədlərin üstündən keçərək raketə mindilər.Əlikram kişi ya allah deyib raketi xoddadı.Ama işdəmədi.
- Lənətə gəlsin.
- (qana bulaşmış adam ona baxdı) A kişi özümüzünküsən.Düzəməlli danış.
- Bu xaraba qalmışın anasının əmcəyin sikim.Bundakı benzinlə yupiterə kimi getmək olardı.
- Deyəsən bu planet lap uzaqda bir yerdədir.
- İndi hardan tapaq benzini?
- Tək çarəmiz onlar bizi tapmadan onlardakı benzini tapaq.
- Deyəsən problemi benzin deyil heç.Benzin işarəsinə bax doludu.Problem nədirsə başqa şeydir.
- Hər nədisə burda dayanmaq olmaz.Bizi tapsalar başımıza çox pis şeylər gələcək.
Onlar raketdən enib cəsəd dolu yeri keçdilər.Qarşılarında böyük bir bina vardı.Və Əlikram kişi nəhayət yadplanetliləri görə bildi.Nağıl canavarından çox robota oxşuyurdu bunlar.İçəri necə girəcəklərini bilmədiklərindən raketin yanına qayıtmağa qərar verdilər.Ama gördükləri mənzərə qarşısında şok oldular.İki yadplanetli raketi araşdırıb telefonla danışırmış kimi kiməsə məlumat verirdi.
- Göydə gördüyümüz raketi yerə endirməyi bacarmışıq ancaq içində adam yoxdu.Hardasa yaxınlarda olmalıdı tapan kimi sizə gətirəcəyik.Onsuzda bu raketlə geriyə qayıda bilməyəcək çünki motorunu şüalarla zəiflətmişik.Bu informasiyaları siz bilirsiz ama mən oxuyucular bilsin deyə siz bilmirmişsiniz kimi davranıram.
Bu sözü deyə-deyə yadplanetli raketin içindən mirmövsüm ağanın şəklini götürüb baxdı sonra isə gülüb yerə atdı.Bu hadisə qarşısında özünü itirən Əlikram kişi bıçağını çıxarıb o ikisinin üstünə cumdu.Bıçaq zərbələrindən sonra yerə düşən yadplanetlilərin başındakı kask düşdü.Bunlar yadplanetli deyil insanlar imiş.Və içəri girmə yolunu tapdılar.Onların paltarlarını geyərək sirr dolu binanın içinə girdilər.Heç kim onlardan şübhələnmədi.Birinci mərtəbədəki liftə minərək ən yuxarı mərtəbəyə qalxdılar.Lift boyu qulaqlarına işgəncə edilən insanların çığırtıları gəlirdi.Onların işgəncələri qandondurucu idi – öldürüb cəsədlərə təcavüz edirdilər və çığırtılara məhəl qoymurdular.Və axırıncı mərtəbəyə çatdılar - bütün bu olanların baisi burada olmalıydı.Stolun arxasında oturan yekəqarın biri buranın müdürünə oxşuyurdu.Müdür onlardan nə istədiklərini soruşdu.
- Raketlə gələn adamı tapa bilməmişik hələ.Yəginki buradan qaçmaq üçün başqa yol axtarır.
- Buradan qaçmağın tək yolu bildiyiviz kimi bu otaqdakı zaman maşınıdı.UFO-yla qaçmaq istəsə bildiyiviz kimi icazə olmadan qalxdığından güllələnə bilər.
Zaman maşını.Deməli tək yol bu idi.İkisi silahlarını çıxardıb müdürün sifətinə doğrultdu.
- Zaman maşını hansıdır?Həyatda qalmaq istəyirsənsə tez ol.
- Bu nə deməkdi?
- Mən raketlə enən adamam bu isə əsir düşən.
- Yaxşı cənablar sakitləşin.
- (silahı ağzına soxaraq) now motherfucker now.
- Alright alright
Müdür onlara zaman maşınını göstərərək :
- Indi zaryetkadadı deyə uzağı 10 saat əvvələ qayıda bilər.
- Bəs eliyər.İndi də görüm siz kimsiz?Bura haradı?Və insanlar üstündə təcrübə aparmağıvızın səbəbi nədir?
- Bunu deyə bilmərəm.Onsuz sizin də öyrənmək üçün vaxtıvız qalmıyıb çünki security 2 dəqiqəyə bura gələcək.
Əlikram kişiylə dostu şeytana lənət deyib zaman maşınına mindi.Və security içəri girəndə artıq getmişdilər.
10 saat əvvələ qayıtdılar.Yerdə Qığıbol kəndində idilər və Əlikram kişinin eviylə təpəlik arasındakı yola düşmüşdülər.Onlar yerə sağ salamat endiklərini görüb sevindilər və bir-birlərini qucaqladılar.Birdən Əlikram kişinin arvadı onların yanına çatdı.
- Deməli hər gün təpəliyə getməyivin səbəbi bu imiş hə?Xalxın kişiləriylə görüşürmüşsən.Tfu sənə.
Əlikram arvadının dalıyca getmək istəyirdi ama dayandı.Yeni dostu isə ona dedi :
- Bacı bizi səhv başa düşdü deyəsən.
- Yoldan çəkil maş…(bu sözlər ağzından çıxmışdıki bir maşın üstü qanlı adamı vurub keçdi)
- Arvadıvı sikim.Dayan oğraş (son sözlərini deyib həyata gözlərini yumdu)
Bu hadisənin səhəri günü polis Əlikram kişini qandallıyıb idarəyə apardı (görünüşə görə 2 aydı itkin düşmüş adamı əzən maşın onunku imiş.adam qaçırma , işgəncə , maşınla vurma ,üstündən silah tapılması).Xalq isə idarənin qabağında qışqırışırdı.
- Qatil , qatil , qatil.