Qız tutmaq(!)
Fərid Nietzsche tərəfindən "Ədəbi tənqid" bolməsinə 01:14 23 iyun 2014 tarixində əlavə olunmuşdur

Bu gün sual-cavab xarakterli bir sosial şəbəkədə(ask.fm) bir şəxs mənə anonim sual ünvanladı. Sualında “qız tutmaq” ifadəsindən istifadə etdi. Ona görə bu gün bu mövzu ilə balı kiçik bir yazı yazmağı qərara aldım :) Azərbaycanlı oğlan gənclərin arasında,hətta mən deyərdim valideynlərin,böyüklərin işlətdiyi belə bir ifadə var: “Qız tutmaq”. Tez-tez belə sullar verildiyini eşitməmiş olmazsınız: “Qız tutmusan?”, “Torbada pişik var?” və s. kimi “mental analiz” xüsusiyyətlərimizi əks etdirən sual tipləri. Bəli, bizim cəmiyyətdə bir oğlanın ailə və ya ilişki vəziyyəti bu sözlərlə ifadə edilir. Təbii ki,  cəmiyyətdə artıq özünə yer eləmiş bu fikrin baş səbəbkarı “qız tutmaq” məqsədi ilə müxtəlif parkları,ticarət mərkəzlərini, ictimai obyektləri gəzən oğlancığazlarımızdır. Özlərini çox vaxt “yaxçı oğlan” adlandıran bu canlı növləri, əsasən “Bulvar”, “Tarqovoy” kimi qoruqlarda “ovlanırlar”. Əsasən, günün ikinci yarısı ova çıxan bu canlıların müsiqi zövqləri oxşardır. Belə ki, Üzeyir, Balabey kimi “karifey” sənətkarların əsərlərini dinləmək onlara böyük ruh yüksəliyi qazandırır. Məqsədlərindən asılı olaraq, bəzən “mağaralara” da baş çəkən qəhrəmanlarımız, metrodakı qarışıqlıqdan məharətlə istifdə edə bilirlər. Qurbanlarını tələyə “cəlb etmək” üçün üstün analiz qabiliyyətləri ilə təyin etdikləri vasitələrdən istifadə edirlər. Yolun ortasında qışqıraraq öz nömrəsini eşitdirmək, guya telefonla danışanda öz maddi imkanı haqqında geniş məlumatı ucadan səsləndirmək, səmanın buludla örtülü olduğu bir vaxtda gün eynəyi taxaraq “Bred Pit” effekti yaratmaq, “çeçenka” saç stili, balağı dar şalvar, siqareti özündən razı, göstərişli şəkildə çəkərək “burda mənəm, Bağdadda kor xəlifə” tərzini yaratmaq və s. cəlbetmə texnikaları vardır. Texnologiyanın yaratdığı şanslardan məharətlə istifadə edən bu canlılar “bluetooth” vasitəsi ilə, metroda və başqa ictimai yerlərdə nömrə,şəkil və s. şəxsi məlumatları paylaşaraq məqsədlərinə bir addım da yaxınlaşa bilirlər. Olduqca sosial olan bu tiplər, “facebook” sosial şəbəkəsində də aktivdirlər. Müxtəlif qız profillərinin şəkillərinə “çox gözəlsiniz”, “mələyə oxşayırsınız” kimi yüksək etikaya malik commentlər yazaraq, “tanış olmaq olar?” mesajları göndərərək, özlərinin həm də gözəlliyi görmə qabiliyyətlərinin olduğunu, alicənab şəxslər olduqlarını nümayiş etdirirlər. Bəzi nümayəndələrinin vazkeçilməz aksesuarına çevrilən təsbeh, onlar üçün həyati əhəmiyyətə malikdir. Necə deyərlər, təsbeh var kəsər başı, təsbeh var kəsər savaşı :D Söhbətlərdə daim “prav” olan bu cəngavərlər aqresiiv, ağırbaşlı olmağı sevirlər… Bu canlılar haqqında istənilən qədər danışmaq olar. Xüsusiyyətləri,”qidalanma” arealları və s. haqqında məlumat verməyə çalışdım :D Təbii ki,burada vurğulamaq istədiyim nüasn saç stili, musiqi, geyim zövqü deyildir. Zövqlər fərqlidir,buna bir sözüm yox. O nüansları ona görə qeyd etdim ki, vurğulumaq istədiyim, “qız tutan” oğlancığazlarımız,mənim gördüyümə görə, əsasən bu xüsusiyyətlərə malikdirlər. Bu xüsusiyyətdə olub, “ovlanmayan”lar da var,təbii ki :) Lakin, bir qrup da var ki, onların nə təsbeh, nə çeçenka, nə eynəklə əlaqələri var. Daha siyasətcil olan bu qrup,özlərini çağdaş nəslin bir nümayəndəsi, imkanlı şəxslər olaraq göstərək, ümumi məqsədə- “qız tutmağa” daha yaxın namizəd kimi görünürlər :) Amma bir sual çıxır ortaya? Bəs bu şəxslər məqsədlərinə çata bilirlərmi? Çox təəssüf hissi keçirərək,bildirmək istəyirəm ki, bəli çatırlar, nəhayət “qız tuta” bilirlər. Məncə, bizi bu tip canlıların varlığından daha çox, özlərinə “qız tutmaq” ifadəsini, belə yanaşmanı yaraşdıran qızlarımız narahat etməlidir. Qadın ali varlıqdır. Bunu birdəfəlik yadınızda saxlayın! Qadın nə “ərə verilir”, nə  də “göydə tutulur”. Çox acınacaqlı haldır ki, bu tip ifadələr, yanaşmaların kişilər arasında yayıldığı kimi,qadınlar arasında da qəbul edilir. Özünü “ov” kimi qəbul edən bir qıza necə qadın hüquqların bəhs edə bilərik? Ona necə sitayiş olunacaq varlıq oldğnu anlata bilərik?! Lütfən, qızlarınıza, bacılarınıza, dostlarınıza onların gördükləri dəyərdən minlərlə dəfə yüksəyinə layiq olduqlarını, cəmiyyətin verdiyi dəyərin onların özlərini necə gördüklərindən birbaşa asılı olduğunu, sevginin müqəddəs bir duyğu olduğunu, “bluetooth”la tutulmadığını, ona layiqli oğlanın küçədə onu axtarmadığını, dərsləri ilə,işləri ilə, elmlə, ailəsi ilə, sosial-ictiami yönümlə layihələrlə və s. məşğul olduğunu, heç kimin onu bir əşya kimi sahiblənməyinə, ona görə “söhbətə getməyinə”, facebook’da “aşkım” deyə status yazmağına ehtiyacı olmadığını, həm daxili,həm də xarici gözəlləyinin yalnız ona məxsus olduğunu,buna görə heç kimə borclu olmadığını, öz qərarları,öz seçimləri olduğunu, dünyanı idarə edən kişidirsə onu idarə etdiyini, hər şeyi ilə müqəddəs olduğunu və Oşo’nun da dediyi kimi,qadın olaraq, ana olaraq əsl Tanrı olduğunu xatırladın :)

 


... dəfə oxunub
Qiymət: 7/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
9+29=
Hesaba giriş
Müəllif

Fərid Nietzsche
Haqqında

Əlaqə
E-mail:
rustemzade_farid@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0225 saniye