Qıza yaxınlaşan uğursuz oğlanlar
Uraqan tərəfindən "Ədəbi tənqid" bolməsinə 14:53 30 iyul 2015 tarixində əlavə olunmuşdur

Əgər bir oğlan qıza yaxınlaşırsa və özünü düzgün ifadə eliyə bilmirsə qız ona yox deyir. Nə üçün? Çünki oğlanın bunu bacarmaması qızın xoşuna gəlmir. Və deyir ki, o özünü ifadə eliyə bilmir. 

Sizcə bu nə dərəcədə düzgündür?  

Əgər bir oğlan qıza yaxınlaşıb öz sözünü deyə bilmirsə bu həmin oğlanın saflığından və təmizliyindən xəbər verir. 

Bir düşünün əgər oğlan bunu deyə bilmirsə deməli bundan qabaq belə bir uğursuzluq yaşamayib və həmin qız, o oğlanın birincisi və ilki olacaq. Halbuki biz həmin oğlanın təmizliyinə görə qiymət verə bilmərik.

Təsəvvür edin, bir oğlan sizə yaxınlaşır və özünü sizə düzgün izah edə bilmir. Deməli keçmişi çox təmiz olub. Onun keçmişini siz yazacaqsız. Hansı ki, ilklər heç vaxt unudulmur. Siz unudulmaz ola bilərsiz, qızlar. Məsəlçün o sizə yaxınlaşıb söz deyəndə ona yox demək əvəzinə "siz burda bu cümləni düz demədiniz, gedin və bir də yenidən gəlin" deyə bilərsiniz. Ona səhvlərini siz öyrədə bilərsinizmi? "Qadınla belə danışmazlar, onu elə eləmək lazımdır, bunu belə eləmək yaxşı olardı demək yaxşı olmazdımı? 

Nəyə gərəkdi onu yaralayıb bir sonraki qadinin üstünə göndərmək? 

İkinci qadında bir sonrakindən biraz daha təcrübəsi artar oğlanların. Amma ikinci də bir yerə qədər, ondan bezib onu yola salar və üçüncü qadının üstünə yollayar.

Üçüncü qadında daha çox yara daha çox əzab olar. Və yenə uğursuzluq olar. Təcrübə artdıqca oğlanın yaraları da artar. 

Artıq oğlanda heyvani instinktlər yaranmağa başlayar. O da bundan qabaq aldığı yaraları yeni qızlara yaşatmağa başlayır. Və artıq qızlara qarşı içində bir nifrət yaratmağa başlayır içində.

Hansı ki, bütün qadınların yalançı və alçaq olduğunu düşünür və heç bir qadına sevgi məqsədi ilə yanaşa bilmir. Yaraya infeksiya keçər və bütün qızlara yatmaq məqsədi ilə yaxınlaşmağı üstün tutar, onların hissləri ilə oynamağı seçər. Bu isə hər qadın üçün xarizmatik kişi anlayışını formalaşdırar.

İndi görürsüz əzizlərim, başlamış olduğum yazının, o sadə və pak təmiz olan oğlanın axırı necə nəticələnir?

Sizə yaxınlaşanlara düzgün şeylər öyrətmək diləyilə...


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+29=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.029 saniye