Qızcığazın anası
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 13:31 09 noyabr 2015 tarixində əlavə olunmuşdur

Axşamın sürətlə düşməsini pəncərədən izləyib köksünü ötürdü. Kabinetdə səssizlik hökm sürürdü. Sükuta öyrəşə bilmirdi, birtəhər başını qatmağa çalışırdı. Masanın üzərindəki telefonun zəng çalmağını çoxdan gözləyirmiş kimi cəld dəstəyi qapdı.

-Alo, polisdir?-dəstənin digər tərəfində uşaq səsi eşidildi.

-Hə, balaca, mənəm,-narahat olmağa əsas yox idi. Bu uşağı artıq bütün polis məntəqəsi bilirdi.

-Mənim anamı tapdınızmı?

Nə cavab verəcəyini bilmədi. Digərləri kimi yalan söyləməyi vicdanına sığışdırmırdı. Uşaq Evindən günün istənilən saatında bu balaca qız zəng vuraraq anasını soruşurdu. Dəfələrlə müəssisəyə bu barədə bildiriş göndərmişdilər, amma qızcığaz bütün tədbirləri pozurdu. Onun ağlamağına ürək dayanmırdı.

Amma gənc polis münasib cavab tapmamış qızcığaz əlaqəni kəsdi. Gənc tərbiyəçi onu yatağına qədər müşayiət etdi. Onun həssas olması gənc tərbiyəçiyə təsir edirdi. Qızcığaz anasının ölmədiyini, itdiyini deyərək bir gün onun qayıdacağına inamı sonsuz idi.

Yatağına girib yastığın altında gizlətdiyi bir fotonu çıxartdı. Bu fotonu dəhlizdə tapmışdı. Orada gülümsəyən gənc qadını anası zənn edirdi. Dəfələrlə fotonu göstərib soruşmuşdu k, “anam gəlibmi?” Amma sevindirici xəbər ala bilməmişdi. Uşaqlar onu başa salmağa çalışırdılar ki, bizim kimi sənin də anan yoxdur, inanmırdı. Həmişə uzaqlaşaraq bir küncə çəkilib ağlayırdı. Heç bir müəssisə işçisi ona həqiqəti söyləməyə cəsarət edə bilmirdi. Ümid edirdilər ki, yaşının üstünə yaş gəldikcə anlayar.

Fotodakı gənc qadın isə tez-tez uşaq evlərini ziyarət edən xeyriyyəçi idi. Həmin gün qızcığaz xəstə olduğundan tədbirdə iştirak edə bilməmişdi, xeyriyyəçi qadının isə tələsik işi çıxdığından xəstəni ziyarət edə bilməmişdi. Sevdiyi şəxslə ailəli olsa da, uşaqlarının olmaması münasibətlərinə təsirsiz ötüşmürdü. Dəfələrlə qulaqlarını doldurmuşdular ki, “boşanın!”. Amma heç biri bunu istəmirdi.

Günlərin birində həmin qadın ilə qızcığaz qarşılaşdılar. Qızcığaz “ana”sını gördüyü andaca sevincək onun boynuna sarıldı, gənc qadın artıq hər şeydən xəbərdar idi deyə nəmli gözlərlə “qızı”nı bir daha buraxmamaq üzrə qucaqladı...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+37=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0265 saniye