Qızıl
Günay Ağayeva tərəfindən "Esse" bolməsinə 20:22 08 yanvar 2017 tarixində əlavə olunmuşdur

Qızıl Allahın dünyamıza bəxş etdiyi böyük bir sərvətdir.Onun dili olsaydı, Allahın onu torpaqda var etdiyi andan bəri, bəzək əşyasına necə çevrilərək, insanların həyatındakı hadisələrə şahidlik etdiyi, haqqında uzun-uzadı bir hekayə danışardı.

Əmimən ki, o, hekayəsinə ilk olaraq bu sözlərlə başlayardı: – Mən Allahın “var ol!” əmri ilə müxtəlif ölkələrin müxtəlif yerlərində, dağlarında, çaylarının yamaclarında, qızıl mədənlərində var oldum.

Nəfiskar insanlar tərəfindən kəşf olundum.Əmək sevər insanlar tərəfindən çox çətinliklə olsa da toplanaraq hazırlanmaq üçün müxtəlif zamanlarda, müxtəlif yerlərə göndərilərək orada təmizlənərək əridilib zərgərlər tərəfindən işləndim.Daha gözəlləşmək üçün, gözəl daşlarla (füruzə, brilliyant,yaqut, mirvarilərlə) bəzədilərək,öz var olduğum torpaqları tərk edərək, ayrı-ayrı ölkələrə göndərildim.

İlk vaxtlar, zəngin insanların sonra əsrlər keçdikcə şahların, kralların, sultanların, vəzirlərin ailələrini bəzədim.

İllər keçdikcə müxtəlif ticarət mərkəzlərinin piş taxtalarını bəzəyərək, insanlar tərəfində çox qiymətləndirilirdim.

O, insanlar ki, mənim gözəlliyim ilə özlərini bəzəmək, öz zənginlikləri ilə lovğalanmaq, ruhlarını sevindirmək, əsəblərini sakitləşdirmək, övladlarına nişan aparmaq, pullarına yatırım etmək üçün və müxtəlif özlərinə xas səbəblərlə məni satın alırdılar.

Satılan hər bir zərrəm yeni bir insan hekayələrinə şahid olmağıma əsas verirdi.

O hekayələr ki, kimi üçün şirin kimi üçün acı bitirdi.

Beləki, əsrlər öncə ölən zəngin insanlarla birlikdə torpağa basdırılardım. Sonralar insanlar ehtiyyaclarını qarşılamaq, yaşayışlarını rahatlaşdırmaq, kef sürmək üçün quldurluq edib məzlumların nahaq qanını axıdaraq, onların sərvətlərini talayardılar.

İllər keçdikcə , hadisələr müxtəlif görünüşdə formalaşsada əməllər,səbəblər eyni olaraq qalırdı.

Müasir dövrdə insanlar bu səbəblər üçün işdən evə qayıdan qadına bıçaq gücü ilə üstündəki qızılları tələb edirlər.

Kim isə evdə insanların olmamasından istifadə edərək ev yarırlar. Kimi yaşlı babasını, nənəsini qətlə yetirərək evini talayırdı.

Hələ həyətdə evcik oynayan körpə qız uşağının palçıqdan yemək bişirmək üçün yeri qazaraq, palçıqdan sevinə-sevinə çıxartdığı qızıl sırğanı pəncərədən baxan qonşu qadının uşağın əlindən qızıl sırğanı alaraq, heç sağ ol demədən qapını üzünə bağlamasından demirəm…

Yaxudda məktəbdən evə gələn iki dostun həyətdən tapdıqları mirvari boyunbağın üstündəki, qızıl klonun bölə bilməyərək işə valideynlərinin qarışdıraraq mirvari ilə birlikdə mənim zərrəmi necə bölmələrini gördüm.

Zavallı insanlar, bilmirlərki, hər itən qızıl yeni sahibinə, köhnə sahibinin taleyindəki bədbəxtçiliyi yaşadar.

Bu hadisələrə şahid olduqca, öz-özümə düşünürəm…

Görəsən olan bütün hadisələrə görə kimdir günahkar?!

Məni dəyərli insanları nəfiskar yaradan Allah?

Yoxsa bu qədər dəyərli yaranan sarı metal parçası? Və yaxud da nəfislərinə sahib çıxa bilməyərək böyük günahlar işlədən insanlar?!

Günay Ağayeva


... dəfə oxunub
Qiymət: 5/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+13=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0323 saniye