Qonşu Türkiyədə zorakılığa qarşı insan haqları
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 18:32 19 noyabr 2015 tarixində əlavə olunmuşdur

Döyülən xanım öz haqqını axtaranda hansı yolla irəliləyə biləcəyini bilmir. Lazımlı haqlar cəmiyyət tərəfindən çox da bilinmədiyi üçün qadın evdə zorakılıq görəndə haqqını tələb etməyə çətinlik çəkir.

Bəzi qadınlar döyülərək öldürülür, qadın öz haqlarını bilsə, bu qədər zorakılığa məruz qalmaz bəlkə də. Zorakılığın fərqli növləri və fərqli çıxış yolları var. Zorakılığa məruz qalan xanımlar və ya tanışlarınız evdə zorakılıq görürsə, bu yolla irəliləməlisiz.

Zorakılığa qarşı lazımi haqlar

Keçən ilin mart ayında qanun çıxıb, qadına qarşı zorakılığn qarşısını almaq üçün edilən təklif artıq işləyir. İlk olaraq qadının sağlamlığı və gizliliyi qorunacaq. Sadəcə qadına deyil, zorakılığa məruz qalan kişiyə də cangüdən təyin olunacaq.

Şifahi şikayət yetərlidir

Ailə məhkəməsi şifahi şikayət edən xanıma cangüdən tələb edə biləcək. Yazılı şikayət istənilməyəcək. Şifahi şikayət və hədə-qorxu onların əlində olacaq.

Gizli evlər

Polisin ya da köməkçi polisin qərarı ilə insanlara aid gizli evlərə (polis evi, müəllim evi və s.) gətirilən zorakılığa məruz qalan insanlar heç bir axtarış olmadan qəbul ediləcəklər.

Sənət sahibi olmaq

Qorunan qadının öncə gizliliyi və sağlamlığı, daha sonra sənətə sahib olması üçün işlər görüləcək. Cəmiyyətin öyrənmə mərkəzləri fəal çalışacaq.

Hüquqi dəstək

Qorunan insana həm psixoloji, həm də hüquqi kömək ediləcək. Müdiriyyətin bu haldan xəbəri olacaq.

Bağça köməkliyi

Zorakılıq görən insanın iş yerinə, evinə, məktəbə yaxınlaşmamaq qərarı işə salınacaq. Uşağların bağçası dəyişiləcək və bu işdə xanıma kömək ediləcək.

Evdən uzaqlaşdırılacaq

Zorakılıq göstərən insan evdən uzaqlaşdırılacaq. Uzaqlaşdırma kifayət etməsə, xanımlar "İş yerimi dəyişdirin" deyə müraciət edə bilər.

Adı dəyişdiriləcək

Hakim tərəfindən verilən qərarla və qadının icazəsi ilə adı dəişdirilə bilər. Həyati təhlükəsi varsa, qadın məhkəmədən cangüdən istəyə bilər.

İcazəsiz ev satılmayacaq

Ev həyat yoldaşının adına olsa belə, qadından xəbərsiz ev satıla bilməz.

Silahı alınacaq

Zorakılıq göstərən insanın polis, ya da hərbçidirsə, adında olan silah alınıb, iş yerinə təhvil veriləcək.

Elektron zəncir sistemi

Hakimin qərarı ilə texnika işə salınacaq və zorakılıq göstərən insan hər zaman yoxlanacaq. Bu, ya elektron zəncir, ya da siqnalizasiya sistemi ilə olacaq.

Çarələr bir deyil, daha çoxdur

Yaşadığınız şəhərin polisinə, ya da birbaşa Ailə Məhkəməsinə müraciət edə bilərsiniz. 14 şəhərdə olan zorakılığın qarşısın alan və qoruyan mərkəzə gedə bilərsiniz. Başına iş gələcəyindən qorxan qadın birbaşa vəkil, ya da Ailə Məhkəməsinin hakiminin yanına gedə bilər. Bu işlər görülən vaxt pul tələb olunmur.

Hakim haqqı

Yaşadığınız şəhərin polisinə müraciət edin, maddi vəziyyəti yaxşı olmayanlar üçün hakim göndəriləcək. Həm hakim göndərilir, həm də ziyan çəkən qadın qorunur.

Cangüdən haqqı

Zorakılıq görən qadının yoldaşı içki aludəçisidirsə, müalicə edilməlidir. Əgər məhkəmə qərarı yoxdursa və qadın "Mənim qorunmaya ehitiyacım var" deyirsə, ona dediyi vaxt cangüdən təyin ediləcək.

Sığınma haqqı

Qadın yoldaşının əsəbindən qaçmaq istəyirsə, dövlət qadına qalmaq üçün yer təmin edir, sığınma evlərindən birinə göndərir. Belə də edə bilər: kirayə ev tutar, kirasını da dövlət bir müddət verə bilər.

Ərzaq dəstəyi

Yeni çıxan qanuna görə, dövlət tərəfindən xanıma günlük ərzaqlarla kömək ediləcək. Qadın "Yoldaşım evə gəlməsə, evə kim baxar?" sualı verməyəcək. Ailə Məhkəməsinin qərarı ilə kişi evin kirayə pulunu verəcək, amma evə yaxınlaşmayacaq.

Cangüdən

Əgər bir şəxs öldürülmə ilə hədələnirsə, məhkəmənin 6284 saylı qərarına görə, "Qadına gizli cangüdən verilir, qadının kimliyi gizli saxlanılır və başqa həyata hazrlanır".

Haqqımızı bilək, tələb edək!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+15=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0632 saniye