Qonşun pisdi köç qurtar?
Turanə Ibrahimi tərəfindən "Digər yazılar" bolməsinə 21:29 29 aprel 2012 tarixində əlavə olunmuşdur

 “Allah vurmuşlar  bezdiriblər  məni.Bu vaxtı mahnıya qulaq asmaq olar.Bu bir tərəfə  dünən yenə suyu açıq qoyublar,başımıza  su damırdı.”- Səkinə xala öz-özünə danışırdı.

    Səkinə xala üç uşaq anası olan, çox  təmizkar,səs-küyü heç sevməyən,deyingən  evdar qadındır. O, üstqonşuları kirayəçi  qızlarla heç yola getmir. Səbəbi isə onların axşamlar çoxlu səs-küy salmasıdır.

   Üstqonşular üç tələbə qızdır. Onlar  Universitetdə  oxumaqla yanaşı, restoranda  musiqiçi işləyirlər. Bunun üçün onlar hər axşam məşq eləməlidirlər. Səkinə xala bundan çox narahat olduğundan, hər axşam  onların qapısını döyüb şikayətini bildirir.Hər axşam xalanın belə eleməsindən narahat olan tələbələrdə çıxış yolu axtarır,buradan daha münasib olan kirayə  ev tapa  bilmədiklərindən məcbur qalmalı olublar.

     İndi həm Səkinə xala,həm də  tələbələr çıxış yolu axtarır.Səkinə xala bununla bağlı  hüquqşünasa  müraciət edir.Hüquqşünas məsələ ilə tanış olur.Hüquqşünas  ev sahibini qanunla şikayət edə biləcəyini bildirdi. Lakin Səkinə xala ev sahibini çoxdan  tanıyır,aralarında çox gözəl qonşuluq münasibəti var idi.Səkinə xala bunun pozulmasını istəmirdi,ona görə polisə şikayət etmədi. Ev sahibinə öz şikayətini bildirdikdə,ev sahibi onun  kirayədən alacaq olan pula ehtiyacı olduğunu bildirdi. Bununla belə, kirayəçilərlə  6 aylıq müqavilə bağladığına görə, müqavilənin vaxtı bitmədən onları evdən çıxarda bilməz. Həm də bu halda tələbələr pis vəziyyətdə qala bilərlər.          

Bununla belə tələbələrdə  məsələ ilə bağlı psixoloqa müraciət etdilər.Psixoloqa məsələni bildirdikdə,onlara məsləhət gördü ki,Səkinə  xala ilə mehriban münasibət qursunlar, onunla yaxından  maraqlansınlar, boş vaxtlarında  ev işlərində ona kömək etsinlər. Hətta Səkinə xalanı işlədikləri restorana qonaq dəvət etsinlər.Musiqilərini ona sevdirsinlər.

      Tələbələr problemin həll yolunu Səkinə xala iləəlaqələrini gücləndirməkdə,öz musiqilərini ona sevdirmək üçün  onu ailəsi ilə birlikdə  işlədikləri restorana  dəvət etməkdə gördülər və belə də etdilər.

      Səkinə xala yavaş-yavaş qızlarla daha  yaxından tanış oldu.Təklifi əvvəl soyuq qarşılasa da,daha sonra bu haqda düşündü.

      Bir axşam Səkinə xala öz ailəsi ilə birlikdə qızların işlədiyi  restorana gedir. Səkinə xala burda qızların çalmağına,oxumağına  insanların marağını gördükdə,heyrətləndi.Qızların bu qədər sevildiyini bilmirdi,bir qədər sonra Səkinə xalanında musiqiyə marağı artdı və diqqətlə qulaq asmağa başladı. Beləliklə, Səkinə xala bu musiqini sevməyə başladı və qızlarla daha mehriban oldu. Bununlada iki qonşu arasında problem həll olundu.Sülh və əmin-amanlıq içində yaşamağa başladılar. Bundan sonra Səkinə xala musiqinin səsini bu qədər problem etmədi,hətta özü qızların musiqiləri ilə yaxından maraqlanmağa başladı.

 


... dəfə oxunub
Qiymət: 7/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
2+32=
Hesaba giriş
Müəllif

Turanə Ibrahimi
Haqqında
Yalnız özümçün deyil,başqaları üçün yaşamağı öyrəndim.
Əlaqə
E-mail:
turane.zeynalli@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0247 saniye