Qorxu ilə küçələrdə
Inqilabda Ro tərəfindən "Hekayə" bolməsinə 13:07 15 may 2025 tarixində əlavə olunmuşdur

   15.06.2016 tarixində yazılmışdır.

  Praqa vağzalına çatanda artıq günün şaxı sınmışdı, zəif alatoranlıq tanış olmayan şəhəri nəzərində daha böyük, sonsuz edirdi. Yadıma düşdü ki, rəfiqəsi Ayselin uzaq qohumlarından kimsə bu şəhərdə oxuyur. Dediyinə görə gözəl şəhərmiş. "Getməyə dəyər."

   Pul dəyişmə məntəqəsinə yaxınlaşdı. Əlli evro müqabili aldığı üç sıfır sonluqlu kronları sonralar əksər vaxt qulağını bəzəyəcək, bərq vuran rubin qırmızı kristallı küpəyə xərclədi. Əvvəlcə qiymət yarlığında beş yüz kronu görüb cibinə uyğunn olmadığını fikirləşmişdi. Bayaqdan üzünə yaraşdırdığı sırğaları yerinə qaytarmışdı. Yalnız çoxsaylı kronları beynində evroya çevirdikdən sonra "Çox da baha deyil." deyə fikirləşmişdi. 

Günorta deyildi. Yoxsa online qalacaq yer tapa bilərdi. Turist informasiya bürosunun tapsa yaxşı olardı. Bu saatda yaxınlarda yer tapa biləcəyinə əmin deyildi.

Həftəlik iş, yorğunluq əvvəlcədən yer sifariş etməsinə aman verməmişdi. Bəlkə də adrenalin həvəskarı səyahətçi olmaq istəyirdi ? Kandardan ilk addımı atanda büro əməkdaşının kimləsə rusca üyüdüb-tükdüyünü eşitdi. Dəstəkkdən boğuq, qalın kişi səsi eşidilirdi.

 -  Yaxşı oldu. Rusca fikrimi daha aydın izah edərəm. - fikirləşdi. 

    Sözləri bir-birinə calayan əməkdaşa yaxınlıqda piyada rahat gedilə bilinəcək qalacaq yer axtardığını söyləyir.

    Gözlərində qalın şüşəli eynək olan cavan kompüterdə sürətlə nəsə axtarır, zəng edir, yer olub-olmadığını dəqiqləşdirir, sifariş verir, yarım saata orada olacağını bildirir. Ardınca şəhərin xəritəsində yolu qeyd edir. 

 

İxtisarla ...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+23=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0651 saniye