Dolanım başına pərvanə kimi,
Canımı eşq üçün fəda eləyim.
Məhəbbət yolunda divanə kimi
Ya dözümlü olum,ya da kövrəlim.
Camalın günəşdir , cəzb edib məni,
Gözlərin nərgizdir, məst edib məni.
Bəlkə,həyatına qəsd edib səni
Tüstüsüz alışan oda döndərim?
Mövludam,hicrana,qəmə dözərəm,
Məcnuntək səhralar,ellər gəzərəm.
Kim deyir ki,mən bu eşqdən bezərəm,
Sədaqət,etibar mənim həmdəmim.
10.04.1982.Zərdabi.Mövlud Ağamməd.