Qoşma
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 21:47 11 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Ağlama taleyin tərs yazısına,
Qəm yemə,ürəyin qübar bağlayar.
Sıxılma həyatın hər əzabına,
Gedənlər gedəcək,de,kim saxlayar?

Demə ki,dostum var,düşmənim yoxdur,
Naxələf adamlar dünyada çoxdur.
İkrahla deyilən söz sanki oxdur,
Ürəyə sancılar,sinə dağlayar.

Qəzavü-qədərdən sənə bir ümid
Yoxdursa,umunu,küsünü unut.
Bədəsil kəslərin,görəsən,Mövlud,
Öləndə gözünü kimlər bağlayar?

Zərdabi / 15.09.2013
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+17=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0505 saniye