Qoşma
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 22:23 26 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Deyirəm,dünyada biri-birini
İtirən dəlidir,tapan ağıllı.
Arzuya,murada çatmaq çox müşkül,
Çatmayan dəlidir,çatan ağıllı.

Əcəl kəsdirəcək bir gün qapını,
Bəhanə gətirmə baş ağrısını.
Fikirləş,yada sal mizan daşını,
Salmayan dəlidir,salan ağıllı.

Gecələr sabaha ümidlə dolu,
Səhərlər açılır həsrətlə dolu.
Ürəklər paxıllıq,həsədlə dolu,
Duymayan dəlidir,duyan ağıllı.

Mövluda,özünü qoru xətadan,
Etibar gözləmə bietibardan.
Fələyin felindən,fitnə-fəsaddan
Qaçmayan dəlidir,qaçan ağıllı.

13.04.2014 / Zərdabi
Mövlud Ağamməd

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+31=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.034 saniye