Qürbət eldə Vətən mənim deyənlər,
Gül yaşarmı çəmənzardan aralı?
Həsrət ilə yuxuları gözləyir,
Ruh yaşarmı cismi-candan aralı?
Yad adamlar,yad kimsələr həmdəmin,
Çoxaldıqca qəmin artır dərd-sərin,
Nə tez düşdü saçlarına dən sənin?
Qocalığın cavanlıqdan aralı.
Ata,ana,qohum,qardaş yadlaşır,
Ötən günlər,xatirələr daşlaşır.
Yad ölkədə yaddaşın da korşalır,
Nə gəzirsən yaddaşından aralı?
Qayıt yurda,bura sənin evindir,
Qayıt,qayıt,doğmaları sevindir.
Azərbaycan bənzərsizdir-Vətəndir,
Mövlud dözməz yar-yoldaşdan aralı.
9.04.2014 / Zərdabi
Mövlud Ağamməd