Qoşma
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 12:52 14 noyabr 2015 tarixində əlavə olunmuşdur

Ayağı tutduqca gəzir,yeriyir,
Ağ yalan üstündə qurulan dünya.
Əhdinə bivəfa,vədinə xilaf,
Yalandan usanan,yorulan dünya.

Namərd körpüsündən keçənlərin çox,
Uğrunda canından keçənlərin çox.
Bulanıb suların,içənlərin çox
Suyu damla-damla durulan dünya.

Bir yanda qırılan,nakam arzular,
Bir yanda kəsilən ümidlər ağlar.
Bir yanda sinənə çəkilən dağlar,
Ağrıdan ilantək qıvrılan dünya.

Çox sorğu-suala tutmaram,bəsdi,
Onsuz da öz dərdin özünə bəsdi.
sənə ümid olmaq çünki əbəsdi
Xəmiri yalanla yoğrulan dünya.

Dərdini anlaya bilənə danış,
Sirrini saxlaya bilənə danış.
Gözünün yaşını silənə danış,
Ahı ərşə qalxan,sovrulan dünya.

Az qalıb,sənin də çatacaq vaxtın,
Yerindən oynayıb qopacaq taxtın.
Kor etdin Mövludun o qızıl baxtın
Haqqı nahaq görən,kor olan dünya.

13.04.2014 / Zərdabi
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+16=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0287 saniye