Bu dərd çəkiləsi dərd də deyil ki,
Çəkib qurtarasan axıra qədər.
Bu dərd çəkənləri bezdirmədi ki,
Bezib oturasan axıra qədər.
Nədənsə,elə bil, bir ağır zindan
Asılıb qəlbimin divarlarından.
Uzaq bir diyara qəmdən,hicrandan
Baş alıb gedəsən axıra qədər.
Rəzalət,haqsızlıq,zülm olan yerdə,
Fələyin felinə gəl sinə gər də.
Bir ömür bəs etməz bu qədər dərdə,
Ömür calayasan axıra qədər.
Bilirəm vəfasın,etibarını,
İtirən deyildir düz ilqarını.
Həyat,mənim kimi vəfadarını
Bəlkə,sınayasan axıra qədər.
Mövlud,sözlərini tamama yetir,
Olur ki,bir ömür yarıda bitir.
İnsan öz içində itəndə itir,
Tapıb arayasan axıra qədər.
15.04.2014 / Zərdabi
Mövlud Ağamməd