İstəyirəm,çıxıb gedim uzağa,
Bir kimsəsiz... özüm gedim,tək-tənha.
O uzaq,uzaqda,bəlkə,səninlə
Görüşərik,imkan olsa,tez gəl ha.
Dərd məni öldürdü,sənə qıymadı,
Doğranıb ürəyim,qıyma-qıymadı.
Kərəm Əslisinin oduna yandı,
Mən sənin oduna qalandım,bil ha.
Fələk qara yazdı taleyimizi,
Qoruya bilmədik bu sevgimizi.
Biz necə sevirdik bir-birimizi
Ağlama,gözünün yaşını sil,ha.
2.03.2014 / Zərdabi
Mövlud Ağamməd