Qoşma
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 13:04 20 mart 2016 tarixində əlavə olunmuşdur

QOŞMA

Xeyli vaxtdır görüşmürük yar ilə,
Nə etmişəm,yarım məndən inciyib.
Gələn günüm keçir ahu-zar ilə,
Nə etmişəm,yarım məndən inciyib.
***
Ona güldən ağır bir söz demədim,
Ayrılığa tək özün döz,demədim,
Yaman gündə get ayrı gəz,demədim,
Nə etmişəm,yarım məndən inciyib.
***
Heç kim dözməz belə ağır zülümə,
Lap gedərəm onun üçün ölümə..
Dərdimi söyləyim,bilmirəm kimə?
Nə etmişəm,yarım məndən inciyib.
****
Mövludam,qəlbimdə ağrılar yatar,
Bir gün olar,haqq öz yerini tapar.
Bilsəydim nə deyb o mərdiməzar,
Nə etmişəm,yaım məndən inciyib.

Noyabr 1984.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+21=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0287 saniye