Sevgilim,dərdimi söyləyim kimə.
Həsrətin qəlbimi döndərib külə.
Eşqimi itirən, ağlayan mənəm
Sən isə gəzirən hey gülə-gülə.
*************
Xəyalım hər yerdə səni axtarır,
Gözlərim uzanan yollara baxır.
Bu alov qəlbimi yandırıb-yaxır,
Tüstüsüz yanıram,dönmürəm külə.
*****
Ayrıldıq,səbəbin bilə bilmirəm
Döndü ayım niyə ilə,bilmirəm,
Səni ürəyimdən silə bilmirəm,
Yaşaya bilmərəm mən silə-silə.
25.07.1980.Axalkalaki.Mövlud Ağamməd.