Qrız
(Ata yurdum Qrız kəndinə)
Hər bulaqdan bir ovuc su,
Hər çəməndən bir dəstə gül.
Aşiqlərin yox yuxusu,
Vurma mənə tənə,Qırız.
Diş göynədən bulaqların
Güzgüsüdür maralların.
Nə gözəldir yaylaqların,
Heyran oldum sənə,Qırız.
Dərələrdən qalxır duman,
Bəzəyindir cüyür,ceyran.
Sevgilimdir yola çıxan,
Ümidim var"hə"nə,Qırız.
Gözüm qaldı hər qayada,
Sirr vermədim dosta, yada.
Mövlud demə sən əlvida,
Gələcəyəm yenə,Qırız.
14.07.1982 / QRIZ
Mövlud Ağamməd