Qucağını geniş aç, gəlirəm ana torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam, taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi,
Sancmışam Sancağımı, rahat gəlirəm indi....
* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən gormə qada,
"Komandir yaxşı olsa, ordunu verməz bada,"
Komutanım öndədi, gül- çiçək düz yoluna,
Sıra ilə gəlirik, yer ver girək qoynuna....
* * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, daha nəyi gözləyim????
Ana, sən də gözünün qorasını sıxma ha,
Oğulun adı üstə, qurban gedər torpağa....
12.04.2016 / Bakı