qucaqla ,ana, məni qucaqla,
üşüyürəm.
sıxılım köksünə,
saçlarım qarışsın nəfəsinin ətrinə.
yumşaq əllərinlə başıma bir sığal çək,
alnım olsun qırış-qırış.
sevim səni,dinləyim səni,
gəlsin mənə bir az dua,bir az alqış.
qucaqla,ana,məni qucaqla,
qoynunda üç otaqlı ev tikmişəm,
birinci otaq sənin bətnin,
ikinci otaq sənin sevgin,
üçüncü otaqda ayrılıq,kədər, ölüm var.
sonuncu otaq ayıracaq səni məndən,
ayrılacaq ana sevgisi bu bədəndən.
qucaqla,ana ,məni qucaqla.