Qeyrətsizə birdən gələ qeyrət, qudurar da
Namərd olana eyləsən hörmət, qudurar da
Hər bir kəsə et diqqəti hər an qədərincə,
Gər artıq ola etdiyin diqqət, qudurar da
Kim keçdi başa müftə yeyən eşşəyə döndü,
Yedikcə yedi pul-para, rüşvət, qudurar da
Şöhrət üçün əxlaqını, qeyrətini satdı.
Yoxdur ki abır çəksin xəcalət, qudurar da
Dövran elə gəldi dəvəyə verdi qanadlar,
Görməmiş olan görüncə şöhrət qudurar da
İndi çoxu söylər ki, bu millət qudurubdur.
Ac mədəyə sahib olan, əlbət, qudurar da
Cinan, bu həyata daha sən olma ümidvar,
Hər kim ki nəfs üçün çəkər əziyyət, qudurar da