Qum və Köpük
Peykər İbrahimova tərəfindən "Digər yazılar" bolməsinə 18:58 13 iyul 2012 tarixində əlavə olunmuşdur

Cübran  Xəlil Cübran(1883-1931) livanlı məşhur ərəb ədibidir.Cübran təkcə ədib kimi deyil,həm də rəssam kimi tanınır..Ərəb məhcər ədəbiyyatının(mühacir ərəblərin yaratdığı ədəbiyyat) ən məşhur nümayəndələrindəndir.Əsərlərini həm ərəbcə,həm də ingiliscə yazmışdır.”Qum və Köpük” Cübranın 1926-ci ildə yazdığı əsəridir.Əsər hikmətamiz fikirlərlə,maraqlı müqayisələrlə doludur.

Aşağıda əsərin bir hissəsinin tərcüməsi verilmişdir.

Tərcümə edən:P.İbrahimova.

Mən həmişə qum və köpüyün arasında bu sahillərdə gəzəcəyəm
  Qabarma-çəkilmələr ayaq izlərimi siləcək və külək də köpüyü üfürəcək
  Ancaq dəniz və sahil əbədi qalacaq
                                 ________________

 Bir dəfə əlimi dumanla doldurdum və sonra əlimi açdım.Duman qurda çevrilmişdi.Sonra əlimi yenidən yumdum(örtdüm) və açanda əlimdəki quş idi
Əlimi yenidən yumdum və açanda ovcumda qəmgin bir insan üzü vardı
 Əlimi bir də yumub açanda dumandan başqa heç nə yox idi
Ancaq mən xoşbəxtliyin nəğməsini eşdirdim
                                   _____________
Mən ancaq bir dəfə susdurulmuşdum.Onda məndən kim olduğumu soruşmuşdular.
                                     ___________

 Sfinks bircə dəfə danışdı və dedi:Bir qum dənəsi səhradır,səhra isə bir qum dənəsidir.İndi isə gəlin hamımız səssiz olaq.
Sfinksin dediklərini eşitdim,ancaq heç nə başa düşmədim
                                     __________
 Xatirə bir növ görüşdür.Unutqanlıq bir növ azadlıqdır.
                                    _________

Biz zamanı Günəşin hərəkət etməsi ilə ölçürük,onlar isə ciblərindəki kiçik alətlə.İndi de!Biz necə eyni yerdə və eyni vaxtda görüşə bilərik?!   

                                       ________

Evim mənə deyir:Məni tərk etmə!Burda sənin keçmişin yaşayır.
Yol deyir:Gəl və məni izlə!Mən sənin gələcəyinəm.Mən isə evimə də,yola da deyirəm:Mənim nə gələcəyim,nə də keçmişim var.Əgər mən qalsam,bu qalmağımda bir gediş var,əgər getsəm gedişimdə bir qalmaq var.Ancaq ölüm və sevgi hər şeyi dəyişə bilər.
                                ___________
Cənnət orda,o qapının arxasındadır,ancaq mən açarı itirmişəm.Bəlkə də yerini səhv salmışam.

                              ________
Dediklərimin yarısı mənasızdır,ancaq mən o  mənasız yarını deyirəm ki,mənalı yarısı sənə çatsın.

                                     _______
Həyat onun qəlbini oxumağa müğənni tapmayanda,ağlını oxumağa filosof tapır.

Böyük müğənni odur ki,bizim səssizlyimizi oxuyur.
                               __________
 Ancaq lallar çoxdanışanlara paxıllıq edərlər.
                                _________
Həyatın qəlbinə çatanda hər şeydəki gözəlliyi tapacaqsan.Hətta gözəlliyə kor gözlərdə belə.Hamımız ancaq gözəlliyi tapmaq üçün yaşayırıq.Yerdə qalan hər şey gözləməyin növləridir.
                                      _______

Sevgi aşiq ilə məşuq arasında örtükdür.

Hər  bir kişi iki qadın sevir:birinci qadın onun xəyallarının yaratdığıdır,ikinci qadın isə hələ doğulmayıb.

 Sən gündüzün  işığından və gecənin ulduzlarından  əvvəl azad idin.Və sən Ay,Günəş,ulduzlar olmayanda da azad idin.Sən hətta gözlərini bütün bunlara yumanda da azad idin.Ancaq sən,səni sevənə qul idin.

                                      ________

Biz hamımız məbədin qapısındakı dilənçilərik.Hamımız O məbədə daxil olanda və çıxanda öz mükafatımızı alırıq.Ancaq bir-birimizi qısqanırıq.Bu da O`nu cılızlaşdırmanın bir yoludur.
                            ______
Deyirlər  ki,bir qurd qoyuna deyir:Sən mənim evimə gələrək məni şərəfləndirərsən?
Qoyun isə cavab verir:Əgər ev sizin mədənizdə olmasaydı məmnuniyyətlə gələrdim.

                                            ___

Biz həmişə öz səhərlərimizdən dünənimizə olan borcumuzu ödəmək üçün borc alırıq.
                                         _____

Duzda qəribə ilahi nəsə olmalıdır.O həm göz yaşlarımızda,həm də dənizdə var.


... dəfə oxunub
Qiymət: 7/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
5+8=
Hesaba giriş
Müəllif

Peykər İbrahimova
Haqqında
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində təhsil almışam. Yazıram,çünki,yazmaq-bütün dünyanı,problemləri arxada qoymaqdır.Yazıram çünki,hərf,söz və cümlələrdən ibarət bir dünya daha maraqlı görünür.
Əlaqə
E-mail:
peyker@ymail.com
Sosial şəbəkə:
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0245 saniye