Sosial şəbəkədə fələstinli qadının qeyri-adi çiçək bağçasını əks etdirən maraqlı foto şəkillər yayılıb.
Rəmallah şəhəri Bilin kənd sakini yaşlı qadın İsrail ilə Fələstin arasında baş vermiş insidentlərdən qalan partlamış qaz qumbaralarından dibçək kimi istifadə edir.
Qadının bu hərəkəti bölgədə müharibə şəraitində davam etdirilməyə çalışılan mülki həyatın da rəmzinə çevrilib.
Qeyd edək ki, bölgədə insidentlər intensiv hal aldığından qadın çiçək əkmək üçün boş qumbara tapmaqda çətinlik çəkmir.
Boşalmış qaz qumbaralarında əkilmiş rəngarəng çiçəklər isə sanki bütün dünyada müharibələrin mənasızlığını hayqırır.