" Şam ağacı "
Sufi_Cavid tərəfindən "Şeir" bolməsinə 05:16 31 iyul 2014 tarixində əlavə olunmuşdur

“ Şam ağacı “

 

Həyətimizdə qurumuş şam ağacı

Və mən... Varıq itmiş şəhər kimi

Bütün budaqlarına lent bağlı

Bəzisi qırmızı, bəzisi sarıdır,

Biri də məndən olan

Onlara baxıb yatır.

Həm də oyanıram

Seçilmir rənglər gözlərimdə

Kibrit çöpündən olan evimdə

Küləklərin hər əsintisində

Sənə qayıdıram, - yuvama

Payızda tökülməyən yarpaqların var idi

Qışda, - sığınacaq idik uşaqlara

Bu yeni illər gəldi, o günlər keçdi

Bilirəm daha gecdi əzizim, çox gec...

Payızdan nəfəs alardıq, indi zəhərə çevrilir

Sənlə mən nə yaxınıq nə də ki, uzaq

Sənsiz qalan ruhum var, təkdi, çox əzilir

Bəlkə qayıdaq?

Sus sən daha danışma

Çəkil dur qıraqda

Əllərini səndən bir parça olsun deyə

Ruhum səni görməyib, darıxmasın deyə

Şam ağacına bizim sevgimiz deyə

Bizdən olan sarıqlar bağlayıram

Hərdən şam da ağlayır

Sonra mən də ağlayıram

Gözümdə yaş yoxdu sevgili

Bəs görəsən bu axan nədir ?

Qurumuş şam ağacının ağlamağa yarpaqları

Mən də isə səndə qalan gözlərimin yanğısı

Qalmadı heç nə, xatirələri də apardın

Qayıtmadın, qayıtmadın və yenə qayıtmadın...

 

                                                                                  

 

 


... dəfə oxunub
Qiymət: 6/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
10+22=
Hesaba giriş
Müəllif

Sufi_Cavid
Haqqında
Men sema shairiyem, insanlarla ishim yoxdur deyen bir shair dostum var , onun bu ifadesi yazdiqlarima stimul verdi ve istediyim kimi yazmaga bashladim nece deyerler temeli atdi, binani ise men ucaltdim... Insan heyati ise qacan at surusune benzeyir ve her kes bir-birinin icinde ele hey qacir, hara ve ne ucun qacdigimizi ise bilmirik, bunu derk etmek ucun o surunu kenardan teqib eden bir aslam olmaliyiq bu ise cetindir, insanlari artiq kenardan seyr edirem ve istediyime nail olacagima da inaniram. Heyatda dogru inanc ve qerarli inam o insani istediyi noqteye catdirar ve daha artigina. Ozunuze inanin, ozunuzu inandirdiginiz yalanlara deyil...
Əlaqə
Tel.:
+994777566616
E-mail:
cavidsahin7.cq@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0256 saniye